Home Contact Phone
background
  • Ünvan: AZ 1077 , Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi
  • Faks: (+994 12) 556-59-52
  • E-mail: mail@pirallahi-ih.gov.az

Xəbərlər

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “ Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir”

    2020-08-12

    Dünya ölkələri COVİD-19 pandemiyası ilə mübarizəni davam etdirməkdədir. Bu mübarizə artıq zərurət halını alıb və bütün ölkələrin demək olar ki, siyasətinin əsas prioritetinə çevrilib. Hal-hazırda hər bir ölkə pandemiyanın təsirlərini minimuma endirmək üçün səylə çalışır. Azərbaycanda bu infeksiya ilə mübarizədə vəziyyətin necə olması ilə əlaqədar 6 avqust 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirilib.

  • Prezident İlham Əliyev: Əsas məqsədimiz insan...

    Prezident İlham Əliyev: Əsas məqsədimiz insanların sağlamlığıdır

    2020-08-11

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqust tarixində keçirdiyi müşavirədəki dərin məzmunlu çıxışı xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

  • Pandemiya ilə mübarizədə sistemli tədbirlər ...

    Pandemiya ilə mübarizədə sistemli tədbirlər həyata keçirilir

    2020-08-10

    Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində apardığı ardıcıl əməli tədbirlər dəfələrlə müvafiq beynəlxalq qurumların və Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında səmərəli nəticələri ilə gündəmə gəlmişdir. Bəşəriyyətin bütün sahələrinə ağır zərbələr vurmuş pandemiya təhlükəsinin qarşısının alınmasında Azərbaycan çox nadir ölkələrdəndir ki, insan sağlamlığı amilinin mühüm faktor olduğunu ən önəmli dövlət siyasəti olaraq qarşıya qoymuşdur.

  • 2020-ci il avqustun 6-da Azərbaycan Respublikası...

    2020-ci il avqustun 6-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizdə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirib

    2020-08-09

    Müşavirədə geniş nitqlə çıxış edən cənab Prezident qeyd etmişdir ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü.

  • Ölkə başçısının rəhbərliyi ilə görülə...

    Ölkə başçısının rəhbərliyi ilə görülən məqsədyönlü tədbirlər nəticəsində koronavirusla mübarizədə müsbət dinamika əldə olunub

    2020-08-08

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 6 avqust 2020-ci il tarixində aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə videoformatda müşavirə keçirib. Müşavirədə çıxışı zamanı cənab İlham Əliyev pandemiya dövründə ölkədə həyata keçirilən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı bir çox vacib məqamlara toxundu.

  • Prezident İlham Əliyev koronavirusla mübarizə ...

    Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib

    2020-08-07

    Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

  • Torpaqlarımızın azad ediləcəyi gün uzaqda de...

    Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil

    2020-08-07

    Tarix göstərib ki, güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi sarsılmaz və əbədi olaraq qalır. Azərbaycanın dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Müstəqil ölkəmizin güclü-qüdrətli ordusunun memarı olan Ümummilli Lider Heydər Əliyev hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin Sovet dövründə Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi.

  • Şanlı Azərbaycan Ordusu xalqımızın qürur v...

    Şanlı Azərbaycan Ordusu xalqımızın qürur və güvənc mənbəyidir

    2020-08-06

    Azərbaycan Silahlı Qüvvələri son 20-25 il ərzində davamlı olaraq güclənərək və müasirləşərək regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün Silahlı Qüvvələrimiz Qafqazın ən güclü ordusu olmaqla, dünya reytinqində 50-ci pillədədir.

  • Ordumuz xalqdan güc alaraq torpaqlarımızın mü...

    Ordumuz xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır

    2020-08-05

    1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan ordu quruculuğu bu gün ölkəmizin dinamik inkişafına uyğun olaraq özünün yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”.

  • Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI...

    Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir

    2020-08-04

    Azərbaycanın dövlətçilik ənənələri və Azərbaycan xalqının bir millət kimi formalaşması onun uzaqgörən, cəsur və mərd övladlarının ideyaları, qəhrəmanlıqları və əməllərinin nəticəsidir. Məhz həmin övladlar sayəsində ölkəmiz dünya sivilizasiyasına özünün layiqli töhfələrini verib, dövlətçiliyini qoruyub saxlayıb və müasir dünyanın bir hissəsinə çevrilib. Artıq Azərbaycan Respublikası dünya dövlətləri arasında öz layiqli yerini tutur, inkişaf etmiş dövlətlər sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləyir. Müstəqil Azərbaycan Respublikasının bu yolda inamla və qətiyyətlə irəliləməsinin səbəbkarı ümummilli lider Heydər Əliyevdir. Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.

  • “Ordun varsa, yurdun var.”

    “Ordun varsa, yurdun var.”

    2020-08-03

    Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi də var: “Ordun varsa, yurdun var.”

  • Dağlıq Qarabağ münaqişəsinin həlli və əra...

    Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir

    2020-08-02

    Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin əsas prioritet hədəfidir. Bu hədəfə nail olmaqda ən əhəmiyyətli rolu sözsüz ki, Azərbaycan Silahlı Qüvvələri oynayır.

  • 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan ...

    1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

    2020-08-01

    Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə imzaladığı fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur.

  • Vətənin Dayağı Ordumuz – Səninləyik!!

    Vətənin Dayağı Ordumuz – Səninləyik!!

    2020-08-01

    Azərbaycan dünyanın cənnət guşəsidir, bu mübaliğəsiz belədir. Təbii gözəllikləri, yeraltı və yürsütü sərvətləri, zəngin iqlim qurşaqları, saf havası, şəfalı suları və çimərlikləri, qonaqpərvər və mərd insanları-bütün bunlar haqqında əsrlər boyu yazılıb və yenə də yazılmaqdadır. Bəs necə oldu ki, bu zəngin torpaqlar bizə qismət oldu, necə oldu biz müstəqil dövlətimizi burda qurduq? Bu regionun bizə Vətən olması asan olubmu?.. Bəli, saysız-hesabsız suallar və onların obyektiv cavabları böyük bir tarixi, coğrafi və qəhrəmanlıq dolu mənzərə yaradır gözlərimiz önündə.

  • Pirallahı rayonunda müqəddəs Qurban Bayramı m...

    Pirallahı rayonunda müqəddəs Qurban Bayramı münasibətilə humanitar aksiyalar keçirildi

    2020-07-31

    Pirallahı Rayon İcra Hakimiyyəti rayon sakinlərini mənəvi birlik və mərhəmətin rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir!

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır

    2020-07-30

    Hələ lap qədim zamanlardan ulu babalarımız “İnsan sudan və torpaqdan yaranıb” demişlər. “Su hər şeydən təmizdir və hər şey su ilə təmizlənir” kimi deyimlərimiz də mövcuddur. Bu fikirlər suyun həyatımızda rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən də bizə məlumdur ki, insan bədəninin 80 %-ni, yer kürəsinin isə 2/3 hissəsini su təşkil edir. Yəni, belə demək mümkündür ki, hər addımımızda, hər alıb-verdiyimiz nəfəsdə suyun iştirakı var.

  • Mübarizlər, Pоladlar Vətəni düşmən tapdağ...

    Mübarizlər, Pоladlar Vətəni düşmən tapdağında qala bilməz, Böyük Qayıdış uzaqda deyil!

    2020-07-30

    Yer üzünün incisi оlan, gözəlliklər məskəni, dоqquz iqlim qurşağının yerləşdiyi Azərbaycan kimi bir diyarı Vətən adlandırmağı Ulu Tanrımız bizim xalqımıza qismət edib. Hər qarışı bоllu-bərəkətli tоrpaqlarımızda həmişə mənfur, yağı düşmənlərin gözü оlub və bu səbəbdən də оnu qоrumaq vəzifəsi də bizim bоynumuza düşür. Nahaq yerə deyilmir ki, Tоrpaq, uğrunda ölən varsa - Vətəndir! Bu Tоrpağın Vətən adlanması üçün əsrlər bоyu Cavanşirlər, Babəklər, Kоrоğlular, Nəbilər qılınc çalmış, düşmən qanı tökmüşlər. Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. İgid, mərd Mübarizlər, Fəridlər, Ramillər, Pоladlar Vətən uğrunda şəhid оlmağı da, alçaq düşmənin qanını tökməyi də bacardılar. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar.

  • Su ehtiyatlarından səmərəli istifadə təmin o...

    Su ehtiyatlarından səmərəli istifadə təmin olunmalıdır

    2020-07-29

    Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və suvarma suyu ilə təminat sosial siyasətin əsas hədəflərindəndir. Ölkə başçısının rəhbərliyi ilə bununla bağlı son illərdə ciddi layihələr reallaşdırılmış və qarşıya hədəflər qoyulmuşdur. Cənab Prezidentin hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq son illər Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Ümumilikdə götürsək, son illər regionlarda yaradılmış yeni su mənbələri əhalinin içməli su təminatını xeyli yaxşılaşdırmışdır

  • Su  həyat deməkdir

    Su həyat deməkdir

    2020-07-28

    Ta qədimdən su aydınlıq rəmzi, xoşbəxtlik və sağlamlıq, bolluq və bərəkət rəmzi olub. Su ilə bağlı atalar sözləri, zərb –məsəllər Allah və təbiət tərəfindən insanlara əta edilmiş bu sərvətin dəyərini, insanın da bütün canlı- cansız təbiətin də həyatında rolunu ifadə edir. Suyun önəmini fərqləndirmək üçün bir faktı da xatırlayaq- Yer kürəsinin və insan orqanizminin 75 faizi sudur, mayedir. Bu faktı ona görə xatırladıram ki, suyun, mayenin insanın elə təkcə bioloji varlıq kimi taleyində, həyatında, sağlamlığında xüsusi çəkisini dərk edək, eləcə də bütövlükdə bəşəriyyətin taleyində.

  • Tovuz rayonuna dəyən ziyan dövlətimizin dəst...

    Tovuz rayonuna dəyən ziyan dövlətimizin dəstəyi ilə tezliklə aradan qaldırılacaq

    2020-07-28

    2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozub. Düşmən iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərdən, minaatanlardan və digər artilleriya qurğularından mövqelərimizi atəşə tutmaqla hücuma keçməyə cəhd edib. Nəticədə iki tərəfdən də itkilər meydana gəlib. Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bununla yanaşı Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Rəsmi olmayan məlumatlara görə düşmənin itkiləri bundan dəfələrlə çoxdur, yəni düşmən təqribən 100-dən çox canlı qüvvəsini və texnikasını itirmişdir.

  • Prezident İlham Əliyev: “Azərbaycanda içməl...

    Prezident İlham Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”

    2020-07-27

    Getdikcə özünü daha qabarıq şəkildə göstərən qlobal iqlim dəyişikliyinin, bütün dünyanın bəlasına çevrilmiş pandemiya bəlasının, davam edən azğın erməni təcavüzünün mənfi təsirlərinə baxmayaraq Azərbaycanda bu il də sоsial layihələr və iqtisadi prоqramlar uğurla həyata keçirilir. Eyni zamanda ölkəmizdə bütün infrastruktur layihələri də ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında isə su layihələrinin xüsusi yeri vardır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də keçirilmiş və su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə geniş bəhs edilmişdir.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “İçməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq”

    2020-07-27

    İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilib

    2020-07-26

    Dünyanın 70 faizdən çox hissəsini su təşkil edir və bunun yalnız içmək üçün olan həcmi 3 faizə bərabərdir ki, onun da 2 faizini ekstrimal şəraitdə olan buzlaqlar təşkil edir. Bu isə o deməkdir ki, yalnız 1 faiz su içmək üçün yararlıdır. BMT-nin hesabatına əsasən cəmi 10 ildən sonra yəni 2030-cu ildə dünya əhalisinin yarısı içməli su problemi ilə üzləşəcək. Bununla yanaşı artıq 36 ölkə su resurslarının çatışmazlığından əziyyət çəkir. İçməli su resurslarının düzgün idarə edilməsi Azərbaycan üçün də aktualdır. Dünya Su Təsərrüfatları İnstitutunun əməkdaşlarının hazırladığı məlumata əsasən Azərbaycanın da daxil olduğu coğrafi məkan qırmızı həyacan bölgəsini təşkil edir. Bu o deməkdir ki, içməli su resurslarının miqdarı çox azdır.

  • Prezident İlham Əliyev: Biz öz doğma torpaqlar...

    Prezident İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq!

    2020-07-25

    Ötən çərşənbə axşamı, iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər

  • Tovuzda zərər dəymiş evlərin və infrastruktu...

    Tovuzda zərər dəymiş evlərin və infrastrukturun bərpasına başlanılır

    2020-07-25

    Sülhsevər xalqımızı tarix daim əldə silah torpağını qorumaq, yadelli düşmənə qarşı mübarizə aparmaq kimi sınaqlardan keçməyə məcbur etmişdir. El ozanı Dədə Qorqudun nəsihət etdiyi kimi torpağa, Vətənə bağlılıq, dar gündə həmrəylik nümayiş etdirmək hissləri daim xalqımızın, elimizin bu sınaqlardan üzüağ, qələbə ilə çıxmasına, düşmənə qalib gəlməsinə kömək etmişdir. Tale belə gətirdi ki, keçən əsrin sonlarında müstəqillik əldə etmiş respublikamız yenidən münaqişə ocağına çevrildi. Və artıq 30 ilə yaxın bir müddətdir ki, xalqımız öz ərazi bütövlüyünün qorunması uğrunda Ermənistanın təcavüzünə məruz qalmış, Qarabağ uğrunda silahlı münaqişəyə cəlb olunmuşdur.