Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda növbəti ağacəkmə aksiyası keçirildi

29 noyabr 2018 | 11:00
     Ətraf mühitin mühafizəsi, sağlam təbii mühit yaradılması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Pirallahı rayonunda da ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılır.
     Noyabrın 28-də Rayon İcra Hakimiyyətin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirildi. Aksiya zamanı Səməd Vurğun küçəsində 500-dən çox ağac və gül kolu əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
     Qeyd edək ki, gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulur.
 
 
Keçidlər