Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda "Təhsildən - peşəyə" mövzusunda tədbir keçirilib

28 noyabr 2018 | 11:00
    Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Təhsildən - peşəyə" başlığı altında tədbir keçirib. 168 №-li orta məktəbdə keçirilən tədbirdə Pirallahı rayon ümumtəhsil müəssisələrinin şagird və müəllim kollektivlərinin üzvləri, rayon ziyalıları iştirak ediblər.
     Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çışıx edərək qeyd edib ki, peşəyönümü gənc nəslin təlim-tərbiyə işləri sistemində mühüm yer tutan problemlərdən biri olub, yeniyetmə və gənclərə həyatda öz yerini düzgün tapa bilməsi, özlərinin arzusuna, marağına, başlıcası isə qabiliyyət və bacarığına müvafiq peşə və ixtisas seçmələrində kömək göstərir. "Uşaqların elm öyrənməsi, sənət seçməsi, peşə sirlərinə yiyələnməsi kimi məsələlər gənc nəslin formalaşmasında xususi yer tutur. Yeniyetməlik dövründə düzgün seçilməyən sənət insana bütün ömrü boyu öz mənfi təsirini göstərir" - deyə natiq bildirib.
      Tədbirin qonağı, kulturoloq, tarix elmləri doktoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov bildirib ki, peşə seçən hər bir gənc öz peşəsinə, ixtisasına ürəkdən bağlansın, onu sevsin, daha böyük uğurlar əldə etməyə çalışsın və onda seçdiyi peşə ilə gələcək karyerasını qura bilmək əminliyi yaransın ki, bununla da hər kəs öz bacarıq və qabiliyyətinə müvafiq peşəyə , ixtisasa yiyələnmiş olsun. “Gələcəkdə cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında daha fəal, yaradıcı fəaliyyət göstərə bilsin. Hər kəs həyatda öz yerini düzgün tapa bilsin. Ölkədə kadr axıcılığına yol verilməsin”, deyə Fuad Məmmədov billdirib.
      Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili öz çıxışında İctimai Birliyin fəaliyyətindən bəhs edərək, birliyin əsas məqsədinin şagirdlərin peşəyönümü ilə bağlı düzgün istiqamətləndirilməsini təşkil etmək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İbtidai sinif şagirdlərinin ifasında peşələrlə bağlı nümayiş olunan musiqili kompozisiya, yuxarı sinif şagirdlərinin peşə seçimi ilə bağlı kulturoloq, tarix elmləri doktoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiyasının prezidenti, Fuad Məmmədovla dialoqları və keçirilən test tədbir iştirakçılarının böyük marağına səbəb olub.
     Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi sədrinin müavini Aytən Əsgərova İradə Əlilinin yeni çapdan çıxmış "Xocalı....Şahidlər danışır" kitabını 168 saylı orta məktəbin direktoru Mehparə Mansırovaya təqdim edib.
      Sonda kulturoloq, görkəmli alim Fuad Məmmədov Pirallahı rayon ümumtəhsil müəssisələrinin şagird və pedoqoji kollektiv üzvləri ilə səmimi görüşə görə minnətdarlığını bildirərək, məktəblilərə öz tövsiyələrini verib, gələcək işlərində uğurlar arzulayıb.
 
 
 
Keçidlər