Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi

27 sentyabr 2019 | 11:00
     Sentyabrın 27-də 168 nömrəli tam orta məktəbdə “Narkomaniya və narkobiznes insan hüquqları üçün böyük təhlükədir” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, RİH-in əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak etdilər.
       İlk öncə tədbir iştirakçılarına mövzuda dair sənədli film nümayiş olundu.
     Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Vəzir Səfixanov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Bildirdi ki, Azərbaycan dövləti narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görür. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik  maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı.    
      Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, 10 nömrəli BŞX-nın baş həkimin müavini Kəmalə Mustafayeva və başqaları çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirdilər, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
     Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.
    Tədbirin sonunda rayon məktəblilərin hazırladığı mövzuya dair ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
 
 
 
Keçidlər