Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Əminə Dilbazinin anadan olmasının 100- illiyinə həsr olunmuş tədbir keçirildi

31 oktyabr 2019 | 11:00
    Oktyabrın 30-da Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində görkəmli rəqs ustası, respublikanın xalq artisti Əminə Dilbazinin anadan olmasının 100- illiyinə  həsr olunmuş tədbir keçirib. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Əliyev, QAC-nin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova,  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini  Afət Mikayılov, Azərbaycan Respublikanın xalq artisti Roza Cəlilova, xalq artisti, professor Ağaverdi Paşayev,  Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının direktoru, əməkdar incəsənət xadimi Elçin Abbasov, əməkdar artist Aliyə Ramazanova, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının əməkdar artisti, baletmeyster  Ceyhun Qubadov və  Əminə Dilbazinin nəvəsi Cəmin Hacıyev  iştirak etdilər.
       Tədbir zamanı YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Əliyev, QAC-nin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova və digər çıxış edənlər Əminə Dilbazinin həyat və yaradıcılığı haqqında  geniş məlumat verdilər. Bildirildi ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları öz ifa tərzi ilə xeyli zənginləşdirib. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. Ə. Dilbazi, filmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş verib, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınıb. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.
      Sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı Əminə Dilbazinin repertuarından  rəqs nömrələri ilə çıxış edib. Tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.
 
 
Keçidlər