Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda rus icmasının nümayəndələri ilə görüş keçirildi

25 noyabr 2019 | 11:00
       Noyabrın 23-də  Pirallahı Gənclər Mərkəzində rus icmasının nümayəndələri ilə görüş keçirilib. Tədbirdə RİH əməkdaşları, Azərbaycanda Rus İcmasının sədr müavinləri Boris Voronin və Yuriy Zenin, rayon ictimaiyyətinin təmsilçiləri, rus icmasının nümayəndələri iştirak etdilər.
     Pirallahı qəsəbə İƏD üzrə nümayənəsi Həsən Niftəliyev qonaqları salamlayaraq bildirib ki, ölkəmizdə azərbaycanlılarla birgə yaşayan digər millətlərin, o cümlədən rusların da milli-mənəvi dəyərlərinin, adət-ənənələrin qorunub saxlanmasına və inkişaf etdirilməsinə böyük qayğı göstərilir. Azərbaycanda tolerantlığın bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir və hazırda bu siyasət dövlətimizin başçısı tərəfindən davam etdirilir.
     Görüşdə çıxış edən Azərbaycanda Rus İcmasının sədr müavini Boris Voronin respublikamızda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan millətlərarası münasibətlərindən bəhs edib, ölkəmizdə tolerantlıq, multikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışdı. Möhtərəm Prezidentimizin bölgələrə səfərləri zamanı orada yaşayan slavyandilli xalqların problemləri ilə yaxından maraqlandığını diqqətə çatdırdı. Xüsusilə vurğuladı ki, Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlara münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə, ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Natiq Rus İcmasının fəaliyyətindən söhbət açaraq qeyd etdi ki, icma bir sıra mühüm layihələr həyata keçirir: “Müharibə və əmək veteranlarına hər il maddi yardım göstərilir, müalicəyə ehtiyacı olanlar Moskva şəhərinin klinikalarında müalicə olunmağa göndərilir, uşaqlar Rusiyanın tarixi bölgələrində turist səfərlərində olur, yay fəslində uşaqların “Drujba” idman-sağlamlıq xeyriyyə düşərgəsində istirahəti təşkil edilir”.
       Pirallahı rayonunda Rus icmasının sədri Yelena Aşurova tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib. Pirallahı qəsəbədə yaşayan rus icması üzvlərinin hər cür qayğı ilə əhatə olunduğunu vurğulayan Yelena Aşurova, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını ifadə edib.
       Qəsəbə sakinləri Yuliya Daryuşina,  Nina Smixnova çıxış edərək, ölkə başçısının tapşırıqlarına müvafiq olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirdilər.
Keçidlər