Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

09 yanvar 2020 | 11:00
     Yanvarın 8-də Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinə və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, RİH əməkdaşları, Ağsaqqallar Şurasının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
     Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Niftəliuyev  bildirdi ki, qəsəbə  nümayəndəliyi öz  işini  2019-cu il  üçün Pirallahı  rayon  İcra  Hakimiyyətinin  Başçısı  cənab Vasif  İmanovun təsdiq etdiyi iş  planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyi vurğulandı. Natiq qeyd etdi ki, nümayəndəliyin işi əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla qarşılıqlı fəaliyyəti təmin etmək, mənzil-kommunal təsərrüfatı və mənzil kommunal sahəsində fəaliyyət göstərən, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətini əlaqələndirməkdən  ibarət   olmuşdur.
      Qəsəbədə ekoloji mühitin sağlamlaşdırılmasına, yeni yaşıllıq zolaqlarının salınmasına toxunan natiq qeyd etdi ki,  2019-cu il ərzində qəsəbənin mərkəzi magistral yolunun kənarlarında və eləcə də qəsəbədaxili küçələrdə xeyli sayda yeni ağaclar və dekorativ kollar əkilmişdir.  2019-cu il ərzində əhali ilə mütəmadi görüşlər keçirilmiş, şikayət, rəy və təklifləri ümumiləşdirərək mövcud olan problemlərin həll olunmasına nail olunmuşdur. Qəsəbədə  qanunsuz  tikintilərin  qarşısının alınması məqsədi ilə qəsəbə  mütəmadi reydlər keçirmiş, aşkar olunan qanunsuz tikililər tərəfimizdən qeydə alınaraq müvafiq tədbirlər görülmüşdür. Bundan başqa il ərzində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə mütəmadi reydlər təşkil olunmuşdur.
      H.Nİftəliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı “Sənaye parkı”nda hazırda tikinti-quraşdırma işlərinin bir hissəsi başa çatmışdır. 16 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “DİAMED” şpris zavodunun açılış mərasimi təşkil edilmiş və zavod istifadəyə verilmişdir. Eyni zamanda “Dərman zavodu”nun davamı olaraq “Zəfəran emalı və tədarükü zavodu”nun tikilməsi üçün torpaq sahəsində hamarlanma işləri və ərazinin hasarlanma işləri başa çatdırılmış, tikinti işlərinə start verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qaçqın və məçburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı Pirallahı rayonu ərazisində də yeni şəhərciyin salınması ilə bağlı müvafiq sərəncam imzalanmışdır. Sərəncama uyğun olaraq Pirallahı qəsəbəsi ərazisində məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni şəhərciyin tikinti işlərinə başlanılmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2019-cu ilin iyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış kompleksi istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı “Sənaye parkı”nda hazırda tikinti-quraşdırma işlərinin bir hissəsi başa çatmışdır. 16 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “DİAMED” şpris zavodunun açılış mərasimi təşkil edilmiş və zavod istifadəyə verilmişdir. Eyni zamanda “Dərman zavodu”nun davamı olaraq “Zəfəran emalı və tədarükü zavodu”nuntikilməsi üçün torpaq sahəsində hamarlanma işləri və ərazinin hasarlanma işləri başa çatdırılmış, tikinti işlərinə start verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qaçqın və məçburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı Pirallahı rayonu ərazisində də yeni şəhərciyin salınması ilə bağlı müvafiq sərəncam imzalanmışdır. Sərəncama uyğun olaraq Pirallahı qəsəbəsi ərazisində məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni şəhərciyin tikinti işlərinə başlanılmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2019-cu ilin iyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış kompleksi istifadəyə verilmişdir. 2019-cu il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  yenidən Pirallahı rayonuna səfər etmişdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Pirallahı rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etdilər. Ölkə başçısı və xanımı, həmçinin Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzinin və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yeni inzibati binasının  açılışında da iştirak etdilər. Dövlət başçısı xanımı ilə birlikdə səfər çərçivəsində, Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin açılışında, o cümlədən Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa olunan yeni yaşayış kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış oldular.
         Çıxışın sonunda natiq  qiqqətə çatdırdı ki, 2019-cu il ərzində qəsəbədə su, kanalizasiya, elektrik və istillik təchizatı xeyli yaxşılaşmışdır.
       Yığıncaqda çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov bildirdi ki, ölkəmizdə qarşıya qoyulan hədəflərin davamlı xarakter daşıması, iqtisadiyyatın dinamik inkişafı və müasir dövrün tələblərinə uyğunlaşdırılması ölkə başçısının daim diqqət mərkəzindədir. İllərlə çəkilən zəhmətin, siyasi iradənin, dövlət başçısının ölkəyə müdrik rəhbərliyinin nəticəsidir ki, inkişafın Azərbaycan modeli nümunə göstərilir. Azərbaycan 2019-cu ildə mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq uğurla inkişaf etmişdir. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur. Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.Səfixanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi. Qeyd edildi ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Diqqətə çatdırıldı ki, 2020-ci ildə rayonda bir sıra iri layihələrin reallaşması gözlənilir ki, bunların sırasında Pİrallahı Sənaye Parkında yeni müəssisələr, “Nərəkənd” kompleksində yeni layihələr vardır. Bütün bunlar isə ölkəmizdə cənab Prezident İlham Əliyevin əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində gördüyü işlərin məntiqi nəticəsidir.
     Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhərrəmov, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayilov və digərləri öz çıxışlarında hesabata münasibət bildirdilər. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı.
     Sonra toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin, hesabatı nəzərə alınaraq, 2019-cu ildə gördüyü işlər qənaətbəxş hesab olundu. Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.
 
 
Keçidlər