Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Könüllülər ili ilə bağlı tədbir keçirildi

14 yanvar 2020 | 11:00
     Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ili Könüllülər ili elan etməsi ilə əlaqədar olaraq 13 yanvar 2020-ci il tarixində Pirallahı RİH və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Pirallahı rayonunda tədbir keçirildi.
    V. Mustafazadə adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar. Bu il 5 dekabr - Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir.
      Tədbirin bədii hissəsində Azərbaycanın Respublikasının əməkdar artisti Mətanət İsgəndərli, muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva və digər tanınmış incəsənət nümayəndələrinin çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Tədbir partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup şəxsin Fəxri Fərmanlarla təltif olunması ilə yekunlaşdı.
Keçidlər