Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir

01 aprel 2020 | 11:00
    Koronavirus - COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
    30.03.2020-ci il tarixində rayonun Pirallahı qəsəbəsi, 29-cu məhəllə (8 bina, 24 giriş, 824 sakin), Gürgən qəsəbəsi, İ.Məcidov küçəsi (22 bina, 25 giriş, 419 sakin (73 fərdi ev, 416 sakin)), E.Hüseynov küçəsi (14 bina, 33 giriş, 123 sakin (41 fərdi ev, 216 sakin)) tərəfimizdən dezinfeksiya edilmişdir. Bundan əlavə, Dövlət Təhlükəsizliyi Xidmətinin Pirallahı rayon şöbəsinin inzibati binası və 231 №-li orta məktəbin həyəti dezinfeksiya olunmuşdur.
     Qeyd olunanlarla yanaşı rayon ərazisində yerləşən ümumi sahəsi 1230 kv. metr olan 7 ticarət və ictimai iaşə obyektlərində ( Pirallahı qəsəbəsində Y.Əliyev, S.Vurğun, K.Rzayev küçələrində) gündə bir necə dəfə dezinfeksiya işləri aparılır.
    Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək,  özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilir.
    Rayon Polis İdarəsinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilərlə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
     Bundan əlavə, rayon ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanılaraq giriş məhdudlaşdırılıb, o cümlədən abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub.
 
 
 
Keçidlər