Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusla mübarizə istiqamətində Pirallahı rayonunda işlər davam etdirilir

06 aprel 2020 | 11:00
    Pirallahı rayonunda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq sakinlər arasında maarifləndirici söhbətlər aparılır, dezinfeksiya işləri və karantin tədbirləri planlı şəkildə, ciddi nəzarət altında həyata keçirilir.
     Rayon ərazisində aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə hər gün idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış yerlərində, binaların giriş blokları və pilləkənlərində, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələr gündə 2 dəfə olmaqla, gecə və səhər saatlarında xüsusi ayrılmış avtomobillərlə dezinfeksiya olunur. Qeyd edək ki, dezinfeksiya işlərinin fasiləsiz həyata keçirilməsi üçün 100-dən çox canlı qüvvə və lazımi avadanlıq ayrılmışdır.
     RİH tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, yaşı 65 və ondan yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan qadağa nəzərə alınaraq 6 ədəd mobil qrup yaradılmışdır. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla əlaqə saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 17 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
     Bununla yanaşı Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış 8 mobil qrup əhali arasında maarifləndirmə - izahat işlərini davam etdirir. Rayonun bütün yaşayış məntəqələrində fəaliyyət göstərən mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini mütəmadi olaraq əhalinin diqqətinə çatdırır, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid şəraitinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaları barədə məlumatlar verirlər.
     Ölkə ərazisində koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə RPŞ tərəfindən də davam etdirilir. RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən insanlarla profikatiki söhbətlər apararaq, onların çölə çıxmamaları izah olunur və yaşadıqları ünvanlara qayıtmaları tövsiyyə  olunur.
      Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha sakinlərə humanitar yardım göstərilmişdir.
    Hal –hazırda  rayon ərazisində COVİD-19-la əlaqədar vəziyyət stabildir və nəzarət yüksək səviyyədə davam etdirilir.
 
 
 
Keçidlər