Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülər yeni şəraitdə fəaliyyətlərini genişmiqyaslı aksiyalarla davam etdirirlər

20 may 2020 | 11:00
Mayın 19-da Pirallahı rayonunda Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən “Bir-birimizi qoruyaq!” adlı kampaniya çərçivəsində genişmiqyaslı aksiya keçirildi.
Aksiya zamanı könüllülər maarifləndirmə fəaliyyəti aparıb, küçədə maskasız gəzən şəxslərə tibbi maska və əlcəklər təqdim edib, maska taxmağın vacibliyi və istifadə qaydaları barədə məlumat verib, insanların çox toplaşdığı yerlərdə sosial məsafənin saxlanılmasını təmin ediblər. Eyni zamanda, könüllülər sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara diqqət yetirməyə, zərurət olmadan evdən çıxmamağa çağırıblar. Onlar özlərinin nümunəsində sosial məsafə saxlamağın vacibliyini əyani şəkildə nümayiş etdiriblər.
Qeyd edək ki, kampaniyanın məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar Azərbaycan könüllüləri tərəfindən insanların kütləvi toplaşdıqları yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmə işi aparmaqdan, həm dövlətimizə, həm də koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini nümayiş etdirməkdən ibarətdir. Fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.
 
 
Keçidlər