Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya ölkələrini bir araya gətirən lider: İlham Əliyev

06 iyul 2020 | 11:00

Son illərdə Azərbaycanda baş verən böyük dəyişikliklər və ölkədə yeridilən modernləşmə xətti uğurlu iqtisadi nailiyyətlərlə sıx şəkildə bağlıdır. Çünki, güclü dövlət güclü iqtisadiyyatı olan dövlətdir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə iqtisadi, mədəni və elmi-intellektual mərkəzə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir və sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bu da Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Xüsusilə, son illərdə Azərbaycanın həyata keçirdiyi layihələrin gerçəkləşdirilməsi nəticəsində Azərbaycan Respublikası beynəlxalq nəqliyyat-kommunikasiya, enerji təminatçısı olan bir ölkəyə çevrildi, dünya siyasətində rolu və nüfuzu artdı, yeri möhkəmləndi.

Müasir dövrdə dünya dövlətlərinin siyasi rəhbərlərinin fəaliyyətinə və beynəlxalq aləmdə yaranmış şəraitə nəzər salsaq görərik ki, Qərb ölkələrinin siyasi sistemi yetkin siyasi liderlər yetişdirə bilmir. Bu sahədə böhranın olduğu göz önündədir. Açıq şəkildə söyləmək lazımdır ki, dünyada mövcud olan qarışıq və mürəkkəb şəraitin, münaqişələrin, insanların daimi yaşayış yerlərini və ali hüquqları olan yaşamaq hüquqlarını itirmələrinin bir səbəbi də məhz bununla bağlıdır. Qərb liderlərindən fərqli olaraq Azərbaycan rəhbəri dünyanın ehtiyacı olan dövlət adamıdır. Məhz İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan Respublikası müasir, modern və güclü dövlətə çevrilmişdir, bu fəaliyyət xalq tərəfindən qətiyyətlə müdafiə edilir. Son illərdə ölkə başçımızın liderlik qabiliyyəti Azərbaycanın hüdudlarını aşaraq dünya arenasında da özünü biruzə verir.
Bütün dünya artıq bir neçə aydan çoxdur ki, koronavirus pandemiyası ilə bağlı imtahan verir. Koronavirusla mübarizədə Yer kürəsinin bütün ölkələri "gözə görünməz” düşmənlə vuruşmağa məhkumdur. Çünki mübarizədə ayrı-ayrı dövlətlərin qalib və ya məğlub olması mümkün deyil, bu ümumbəşəri müharibədir. Tarix göstərir ki, pandemiyadan yalnız ümumbəşəri birliklə və yekdil mübarizə metodlarından istifadə etməklə qurtulmaq mümkündür. Bunun reallaşması üçün isə dünya ölkələrini bir araya toplamağı bacaran, beynəlxalq aləmdə siyasi nüfuz və dərin düşüncə tərzinə malik bir liderə ehtiyac duyulur. Bu lider isə şübhəsiz ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir
Pandemiya dövründə ölkə başçımızın təşəbbüsü ilə keçirilən beynəlxalq səviyyəli videokonfranslar, digər ölkələrin, beynəlxalq təşkilatların rəhbərləri ilə videbağlantı şəklində görüşlərin mövzusu pandemiya ilə mübarizəyə həsr olundu. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə  may ayının 4-də  Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə qəbul edilən qərar isə beynəlxalq siyasi arenada Azərbaycanın nüfuzunu bir daha artırdı. Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələrinin də iştirak etdiyi Zirvə görüşündə  Azərbaycanın  öncüllüyü diqqət çəkdi. Prezident İlham Əliyev COVİD – 19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini, heç bir ölkənin bundan sığortalanmadığını, ancaq qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səyləri birləşdirərək, dünya birliyinin birgə mübarizəsi sayəsində COVİD-19-a qalib gəlməyin mümkünlüyünü diqqətə çatdırdı.
Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Təklif 130-a qədər BMT üzv dövləti tərəfindən dəstəkləndi və bunun vaxtında verilmiş, ehtiyac duyulan təşəbbüs olduğu xüsusilə vurğulandı. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə mənfur qonşumuz Ermənistan oldu. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Azərbaycan belə çətin bir dövrdə Zirvə görüşünü keçirməklə və görüşdə tarixi bir təşəbbüslə çıxış etməklə öz rəhbərliyi dövründə Qoşulmama Hərəkatının səmərəli fəaliyyətinə layiqli töhfəsini verdi. Nəticə etibarilə Prezident İlham Əliyevin təşəbbüsü üzv dövlətlərin pandemiya ilə mübarizə sahəsində əməkdaşlığını daha da dərinləşəcək və Azərbaycan QH-da sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.

YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov

Keçidlər