Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti humanitar aksiya keçirildi

09 sentyabr 2020 | 11:00
Dünyanın bütün ölkələrində olduğu kimi, Respublikamızda da koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür, virusun təsirinin azaldılması üçün addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 virusundan vətəndaşlarımızın qorunması, ölkəmizin bu bəladan minimum itki ilə xilas olması üçün mühüm işlər görülmüşdür.

Eyni zamanda, təşkilatlar və fiziki şəxslər tərəfindən müxtəlif humanitar aksiyalar keçirilir. Belə yardımlardan biri Pirallahı rayonunda baş tutdu. Kampaniya çərçivəsində Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən tənha ahıllara, çoxuşaqlı ehtiyaclı ailələrə ərzaq bağlamaları paylanıldı.  Hər zaman olduğu kimi könüllülər də bu aksiyada öz fəallıqlarını göstərmiş, yardımların və maarifləndirici materialların paylanılmasında aktiv iştirak etmişlər.
 
 
 
Keçidlər