Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “Pandemiya dövründə təhsil” adlı videokonfrans keçirildi

17 sentyabr 2020 | 11:00
17 sentyabr 2020-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Pandemiya dövründə təhsil” adlı videokonfrans keçirildi.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Əhmədov ilk öncə yeni 2020/2021-ci tədris ilinin başlanılması münasibətilə hamını təbrik etdi. Natiq bildirdi ki, ölkəmizin koronavirusa qarşı tətbiq etdiyi strategiya, hadisələrə fərqli yanaşma böhranın təsirlərinin minimuma endirilməsində mühüm rol oynadı. Dünyanı cənginə alan COVID-19 yeni tipli koronavirusu distant təhsili çox aktuallaşdırıb. Azərbaycan da bu qlobal çağırışa dərhal cavab verdi. Prezident İlham Əliyevin iyunun 16-da "Microsoft" şirkətinin vitse-prezidenti Filipp Roqla, eləcə də, şirkətin nümayəndələri ilə videokonfransda vurğuladığı "rəqəmsal transformasiya" strategiyası onlayn təhsili də ehtiva edir. Diqqətə çatdırıldı ki, Azərbaycan təhsilinin uğurlu innovasiyasılardan biridə  Təhsil Nazirliyi elektron kütləvi informasiya vasitələri və internet üzərindən "Teledərs", "Virtual məktəb" layihələrinin reallaşımasıdır. Qısa müddətdə peşəkar müəllim heyəti müəyyənləşdirildi, texniki məsələlər həll edildi, teledərslər çəkildi. Bununla 1,6 milyon şagirdin tədrisə cəlb olunması imkanı yaradıldı. Bunlarla yanaşı, mövcud vəziyyətlə əlaqədar olaraq ənənəvi keçirilən müxtəlif müsabiqə, yarışlar da virtual və onlayn formatda təşkil edilir. Əhəmiyyətli haldır ki, cari ilin aprel ayında virtual formatda keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında azərbaycanlı məktəblilər tarixi nailiyyət əldə edərək 3 bürünc medal qazanmışlar.
YAP Pirallahı rayon təşkilatının sədri Əli Kərimov öz çıxışında qeyd etdi ki, Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciətində deyilir: “Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir”. Prezidentin müraciətindəki bu fikirlər bir daha göstərir ki, bəşəri təhlükə olan pandemiya dövründə də, sosial-iqtisadi çətinliklərlə üzləşdiyimiz bir şəraitdə belə təhsil dövlət siyasətinin prioritet sahəsidir, ölkə rəhbərinin diqqət mərkəzindədir, dövlətin və əlaqədar qurumların tam nəzarətindədir. Təhsilin fasiləsizliyinin və davamlılığının təmini üçün mümkün imkanlardan istifadə olunur və bütün maddi və mənəvi resurslar səfərbər edilib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək Dövlət Proqramlarına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin əsaslı təmir olunmasını, müasir texnologiyalar əsasında fənn kabinetləri ilə təchiz olunmasını qeyd etdi.  Bununla yanaşı, 05 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin daxilində müasir standartlara cavab verən, yüksək şəraiti ilə seçilən 220 nəfərlik məktəb istifadəyə verilmişdir. Diqqətə çatdırıldı ki, 2020-2021-ci tədris ilində Pirallahı rayonunun tam orta məktəblərindən 185 nəfər orta məktəbi bitirmiş, onlardan 129 nəfər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak etmişdir. 5 nəfər 600-dən, 8 nəfər isə 500-dən çox bal toplamışdır. Son illər şagirdlərin topladıqları ballar,  o cümlədən təhsildə fərqləndikləri üçün əldə etdikləri nailiyyətlər rayonda təhsilin  yüksək səviyyədə tədrisi ilə xarakterizə olunur. Sevindirici haldır ki, Pirallahı rayonunda təhsil bir neçə ildir ki,  ən yaxşı göstəricilərinə görə respublika üzrə ilk sıralarda  yer alır.
YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Elturan Həşimov, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov öz çıxışlarında bildirdilər ki, təhsil məsələləri pandemiya dövründə də dövlət siyasətinin prioritet sahəsidir. Məktəbəqədər və məktəbəhazırlıq şəbəkəsinin genişləndirilməsi, ailə tipli, icma əsaslı qrupların fəaliyyətə başlaması, regionlarda yeni tipli təhsil müəssisələrinin filiallarının açılması, modul tipli məktəblərin quraşdırılması geniş vüsət alıb.
 
Keçidlər