Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda vaksinləşmə prosesi başlayıb

19 yanvar 2021 | 11:00
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 18-dən əhalinin vaksinləşmə prosesi başlanmışdır.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Bundan əlavə, Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya aparılan şəxslərlə əlaqədar pasportlaşdırma aparılacaq. Pasportlaşdırma yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanmasıdır.
Respublisanın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da bu proses uğurla həyata keçirilir.
Qeyd edək ki, rayonda İcra Hakimiyyətinin, polis idarəsinin, təhlükəsizlik xidmətinin və xəstəxanaların nümayəndələrindən ibarət xüsusi qruplar yaradılıb və həmin qruplar tibb məntəqələrdə vaksinləşmə prosesinə nəzarət edirlər.
Keçidlər