Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda videokonfrans keçirildi

20 yanvar 2021 | 11:00
19 yanvar 2021-ci il tarixdə Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfrans keçirilmişdir. Konfransda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RIH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, şagirdlər və onların fənn müəllimləri iştirak etmişdir.
Tədbirdə  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək bildirmişdir ki, müsabiqə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi daşıyır və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir. Həmçinin, yazı müsabiqəsində iştirak şagirdlərdə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, videokonfransın əsas məqsədi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, onların milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqətin cəlb edilməsi olan konfransda Pirallahı rayonunda fəaliyyət göstərən 7 məktəbdən 13 şagird iştirak etmişdir.
Keçidlər