Şriftin ölçüsü :

Saytın rəngi :

Cümhuriyyətdən tarixi zəfərə gedən yol

27 may 2021 | 11:00

    27 may 2021-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş onlayn formatda konfrans keçirilib. “Cumhuriyyətdən tarixi Zəfərə gedən yol” başlığı altında təşkil olunan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etdilər.
     Tədbir Azərbaycan Respublikasının Himninin səslənməsi ilə başlamışdır. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, YAP Pirallahı rayon təşkilatının sədr əvəzi, Ağsaqqallar Şurasının sədri Əli Kərimov, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi Ramin Quliyev, “SOCAR”ın Neft Kəmərləri İdarəsinin Dübəndi İstehsalat bölümünün rəisi Elxan Məmmədov, “28 May” Neft və Qazçıxarma idarəsinin rəisi Zaur Bağırov, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin müdiri Kamran Musayev çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətindən, o cümlədən, dövlət və ordu quruculuğundan, aparılan sosial, siyasi və təhsil islahatlarından danışaraq bildirilmişlər ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. 
      Yekunda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirdi ki, bu gün xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda əsl qəhrəmanlıq və dəyanət nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə  44 gün davam edən müharibədə  Azərbaycanın müzəffər ordusu düşməni məğlubiyyətə düçar edərək inamlı qələbə qazandı. V.Səfixanov vurğuladı ki, Azərbaycanın savaş meydanında əldə etdiyi tarixi qələbənin ardınca ölkəmizi daha böyük və möhtəşəm gələcək gözləyir. Bununla yanaşı rayonda aparılan abadlıq-quruculuq işlərinin ardıcıl olaraq davam etdirildiyi və pandemiya ilə mübarizədə Pirallahı rayonunun Respublikada öncül yerdə olduğu qeyd olunaraq rayon əhalisinin vaksinasiya prosesində fəal iştirak etdiyi bildirildi və əlavə edildi ki, bundan sonra da bu istiqamətdə bütün imkanlar səfərbər ediləcək.
     Sonda 28 May - Respublika günü münasibətilə rayonun mədəni kütləvi tədbirlərində fəal iştiraklarına görə Musayev Kamran Elxan oğlu və Aslanova Esmira Əjdər qızı Pirallahı rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olundular.

 

Keçidlər