Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri Şəhidimiz Mehralıyev Sarvan Natiq oğlunun doğum günü münasibəti ilə ailəsi ziyarət edildi

08 iyul 2021 | 11:00

Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun müvafiq sərəncamına əsasən, qazi və şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların problemləri ilə maraqlanılır.
Bu gün "Aprel döyüşləri" şəhidi Mehralıyev Sarvan Natiq oğlunun doğum günü münasibəti ilə ailəsi Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı, həmçinin "Azərsu" ASC Pirallahı rayon sukanal idarəsinin əməkdaşları tərəfindən ziyarət edildi.  Görüş zamanı şəhidimizin ailə üzvlərinə bir daha başsağlığı verildi. Bildirildi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu xalqımız üçün əzizdir. Onların ailə üzvlərinə dəstək olmaq, daim qayğı və diqqət mərkəzində saxlamaq, təmənnasız  köməklik göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Qeyd edək ki, əslən Xocalı rayonundan olan Şəhid Mehralıyev Sarvan Natiq oğlu 08.07.1997-ci ildə Ağdam rayonu Ballar kəndində anadan olmuşdur. 02.04.2016-cı il tarixində Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Mehralıyev Sarvan Natiq oğlu Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü" (ölümündən sonra) medalı ilə təltif edilmişdir.

 

 

Keçidlər