Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Uşaqlarının V Formuna seçim turu ilə əlaqədar tədbir keçirildi

25 avqust 2021 | 11:00
25 avqust 2021-ci il tarixdə Pirallahı Rayon Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən 20 noyabr 2021-ci il tarixində keçiriləcək Azərbaycan Uşaqlarının V Formuna seçim turu ilə əlaqədar rayon tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri üzrə şöbəsinin müdiri Cəmilə Bağırova, Pirallhı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, eyni zamanda Pirallahı rayonunda fəaliyyət göstərən məktəblərdən bir qrup şagird iştirak etmişdir.
Toplantıda şagirdlərlə intellektual söhbət aparılmış, onların bilik və bacarıqları yoxlanılmış, şagirdlərin gözü ilə müasir dünyamızı narahat edən ailə-məişət və psixoloji problemlərlə əlaqədar açıq diskussiyalar keçirilmişdir.
 
Keçidlər