Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dair “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində təlim keçirilmişdir

01 oktyabr 2021 | 11:00
1 oktyabr 2021-ci il tarixində Pirallahı rayonunda Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin binasında əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dair “Hami üçün layiqli iş” layihəsi çərçivəsində təlim keçirilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Əlil Təşkilatları İttifaqı “Universal Dizayn” Əlillik Adaptasiya Avadanlıqları MMC-nin əməkdaşlığı ilə Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən təlimin əsas məqsədi bu kateqoriyadan olan şəxslər üçün bərabər məşğulluq imkanlarının yaradılması və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinin təmin edilməsidir. Təlimdə iş məqsədləri ilə əlaqədar olaraq iştirakçılara maraqlarını, qabiliyyət və bacarıqlarını qiymətləndirmək, onlara iş yerlərinin tapması ilə bağlı seminar keçirilmiş və tövsiyyələr verilmişdir.
Keçidlər