Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Cəbrayılın azad olunmasının ildönümü münasibətilə tədbirlər keçirilib

04 oktyabr 2021 | 11:00
4 oktyabr 2021-ci ildi tarixində Bakı şəhəri Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində Cəbrayıl rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı tədbirlər keçirilib.
Tədbirlərdə şəhidlərimizin müqəddəs ruhu ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla yad edilmişdir. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi əlilləri və iştirakçıları, pedaqoji kollektiv və məktəblilərin iştirakı ilə keçirilən tədbirlərdə çıxış edən natiqlər tərəfindən Cəbrayıl şəhərinin  işğaldan azad olunmasının strateji cəhətdən çox böyük əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Cəbrayıl şəhərinin düşmən işğalından xilas olması müharibənin sonrakı gedişatına böyük təsir göstərmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda bütün Qarabağ düşmən tapdağından azad edilmişdir. Tədbirlərə şagirdlərin ifasında vətənpərvərlik şeirlərinin səslənməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa olan müraciətlərinə həsr olunmuş videoçarxların nümayişi ilə yekun vurulmuşdur.
 
 
Keçidlər