Home Contact Phone
background
  • Ünvan: AZ 1077 , Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi
  • Faks: (+994 12) 556-59-52
  • E-mail: mail@pirallahi-ih.gov.az

Xəbərlər

  • 20 Yanvar faciəsindən 30 il ötür

    20 Yanvar faciəsindən 30 il ötür

    2020-01-20

    Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 30-cu ildönümüdür.

  • Pirallahı rayonunda 20 Yanvar faciəsi ilə bağl...

    Pirallahı rayonunda 20 Yanvar faciəsi ilə bağlı humanitar aksiya keçirildi

    2020-01-18

    Qara Yanvar, Qanlı Yanvar və ya sadəcə 20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi və dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu.

  • Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin ...

    Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

    2020-01-17

    Yanvarın 16-da Çilov qəsəbəsindəki “28 May” NQÇİ-nin Mədəniyyət evində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ilin sosial-iqtisadi inkişafın yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, “28 May” NQÇİ-nin rəisi Zaur Bağırov, RIH əməkdaşları, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.

  • Rayonumuzda “Daşınmaz əmlakın icbari sığor...

    Rayonumuzda “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda vətəndaşlarla mütəmadi görüşlər keçirilir və maarifləndirmə işləri aparılır

    2020-01-16

    Pirallahı Rayon İcra Hakimiyyətində “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, "Standard İnsurance " şirkətinin idarə heyətinin sədri Anar Sadıxov, RİH-nin Aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, “Standard İnsurance” və “Paşa Sığorta” şirkətlərinin nümayəndələri, sənaye müəssisələrinin rəhbərləri və rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

  • Pirallahı qəsəbəsində sakinlərlə növbəti ...

    Pirallahı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

    2020-01-15

    Yanvarın 15-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak edirdilər.

  • Pirallahıda Könüllülər ili ilə bağlı tədb...

    Pirallahıda Könüllülər ili ilə bağlı tədbir keçirildi

    2020-01-14

    Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ili Könüllülər ili elan etməsi ilə əlaqədar olaraq 13 yanvar 2020-ci il tarixində Pirallahı RİH və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Pirallahı rayonunda tədbir keçirildi.

  • Pirallahı rayonunda 20 Yanvar faciəsinin 30-cu i...

    Pirallahı rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirildi

    2020-01-13

    Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı anım tədbiri keçirildi.

  • Pirallahı rayonunda  “Azərbaycan ailəsi” fi...

    Pirallahı rayonunda “Azərbaycan ailəsi” film-festivalı çərçivəsində “Dan yeli” filmi nümayiş etdirildi

    2020-01-10

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə təşkilatçılığı ilə kinomatoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üçün nümayiş etdirilməsi istiqamətində “Azərbaycan ailəsi” film-festivalı həyata keçirilir. Artıq ənənəyə çevrilmiş bu film-festivala daxil olan filmlər ölkəmizin hər yerində nümayiş etdirilir və böyük maraqla qarşılanır. Belə nümayişlərdən biri də yanvarın 9-da Pirallahı Gənclər Mərkəzində həyata keçirildi.

  • Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyi...

    Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

    2020-01-09

    Yanvarın 8-də Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinə və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, RİH əməkdaşları, Ağsaqqallar Şurasının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.

  • Səyyar “ASAN xidmət” 910 nəfər Pirallahı ...

    Səyyar “ASAN xidmət” 910 nəfər Pirallahı sakininə xidmət göstərib

    2019-12-29

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

  • 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrə...

    31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon bayram şənliyi keçirildi

    2019-12-28

    “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2020-ci il” münasibətilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.

  • Pirallahı rayonunda qanvermə aksiyası keçirild...

    Pirallahı rayonunda qanvermə aksiyası keçirildi

    2019-12-25

    Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının kollektivinin fəallığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibətilə qanvermə aksiyası keçirildi.

  • Bu gün Azərbaycan Respublikasının Prezidenti c...

    Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür

    2019-12-24

    Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edib, ölkədə yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşüb, yüzlərlə yeni iş yerləri açılıb. Bu illər ərzində bir sıra böyük layihələrə imza atan Azərbaycan regionun lider dövlətinə çevrilib.

  • Pirallahı məktəbliləri arasında bilik yarış...

    Pirallahı məktəbliləri arasında bilik yarışması keçirilib

    2019-12-20

    Dekabrın 20-də 168 nömrəli tam orta məktəbdə Pirallahı məktəbliləri arasında "Xəmsə" intellektual oyunu formasında bilik yarışı keçirilib.

  • “Qəsəbə aylığı” çərçivəsində Rayon ...

    “Qəsəbə aylığı” çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Gürgən qəsəbə sakinləri ilə görüş keçirib

    2019-12-17

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə sakinlərlə görüşlərin keçirilməsi ilə bağlı tapşırığın icrası məqsədilə və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş “Qəsəbə aylığı” çərçivəsində 16 dekabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Pirallahı qəsəbə sakinləri ilə görüş keçirib. Görüşdə RİH əməkdaşları, xidmət sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

  • Səyyar “ASAN xidmət” Pirallahı rayonunun sa...

    Səyyar “ASAN xidmət” Pirallahı rayonunun sakinlərinə xidmət göstərəcək

    2019-12-14

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

  • 12 dekabr ümummilli lider Heydər Əliyevin anım...

    12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

    2019-12-12

    Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.

  • Pirallahı rayonunda “Qeyri-rəsmi məşğulluğ...

    Pirallahı rayonunda “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda tədbir keçirilib

    2019-12-11

    Dekabrın 10-da Pirallahı Rayon İcra Hakimiyyətində “Səhiyyə sahəsində əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında tədbir keçirib. Tədbirdə RİH əməkdaşları, rayonun idarə, təşkilat, müəssisələrin rəhbərləri, sahibkarlar iştirak etdilər.

  • Pirallahıda dərman istehsalı müəssisəsi aç...

    Pirallahıda dərman istehsalı müəssisəsi açılıb

    2019-12-10

    Dekabrın 9-da Pirallahı Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm”ın açılışı olub. Tədbirdə Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif imanov və “R-Pharm” Direktorlar Şurasının sədri Aleksey Repik iştirak ediblər.

  • Pirallahı qəsəbəsində sakinlərlə növbəti ...

    Pirallahı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

    2019-12-09

    Dekabrın 9-da Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak edirdilər.

  • Pirallahı rayonunda mütəfəkkir şair İmadədd...

    Pirallahı rayonunda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirildi

    2019-12-06

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 06 dekabr 2019-cu il tarixdə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Pirallahı rayonunda 38000-dən artıq müxtəlif növ ağac əkilmişdir.

  • Bu gün Beynəlxalq Könüllülər Günüdür

    Bu gün Beynəlxalq Könüllülər Günüdür

    2019-12-05

    5 dekabrın Beynəlxalq Könüllülər Günüdür. BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

  • Dahi şair İmadəddin Nəsiminin 650 illik yubile...

    Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Pirallahı rayonunda ağacəkmə aksiyası keçirildi

    2019-11-30

    Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı rayonunda 7000-dən artıq müxtəlif ağac növləri əkilib.

  • Fövqəladə Hallar Nazirliyinin Bakı Regional M...

    Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin və Rayon Fövqəladə Komissiyasının birgə təşkilatçılığı ilə Pirallahı rayonunda müşavirə keçirilib

    2019-11-27

    25 noyabr 2019-cu il tarixində Pirallahı rayonunda “2019-cu ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

  • “Qəsəbə aylığı” çərçivəsində Rayon ...

    “Qəsəbə aylığı” çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Pirallahı qəsəbə sakinləri ilə görüş keçirib

    2019-11-26

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə sakinlərlə görüşlərin keçirilməsi ilə bağlı tapşırığın icrası məqsədilə və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş “Qəsəbə aylığı” çərçivəsində 25 noyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Pirallahı qəsəbə sakinləri ilə görüş keçirib. Görüşdə RİH əməkdaşları, xidmət sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.