1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun – Zəngilanın işğalını başa çatdırıblar. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 707 kvadrat km olub.
Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin 2019-cu il üçün təsdiq edilmiş Mülki müdafiə tədbirlər planına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi barədə” 25 sentyabr 1998-ci il tarixli qərarının 2.4 bəndinə əsasən Pirallahı rayon SOCAR “28 May” adına NQÇİ-də “mülki müdafiə məşqi”-nin keçirilməsi planlaşdırılmışdır. Məşqin keçirilməsi ilə əlaqədar sənədlərin hazırlanması və tədbirin planda nəzərdə tutulan vaxtda təşkil edilib keçirilməsi Xəzər və Pirallahı rayonları üzrə FH və MM şöbəsi və obyektin rəhbərliyi tərəfindən təşkil edilmişdir.
Oktyabrın 21-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib. Səyyar görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının sektor müdiri Tağı Tağıyev, eyni zamanda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri, Gürgən qəsəbəsi İƏD üzrə nümayəndəsi və qəsəbə sakinləri iştirak ediblər.
Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rayonunun təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Həmin tədbirlər çərçivəsində oktyabrın 18-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə növbəti tədbir təşkil olundu.
Oktyabrın 11-də Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə Ümümdünya Psixi Sağlamlıq gününə həsr olunmuş tədbir keçirildi.
Oktyabrın 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak edirdilər.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib.
Sentyabrın 30-da Pirallahı qəsəbəsində yerləşən “Ahılların Günərzi Mərkəzi”ndə Heydər Əliyev Fondunun dəstəyi və Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatıçılığı ilə 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirildi.
Bu gündən oktyabrın 10-dək Azərbaycanda əhalinin növbəti - müstəqillik dövründə sayca üçüncü dəfə siyahıyaalınması aparılacaq.
Sentyabrın 27-də 168 nömrəli tam orta məktəbdə “Narkomaniya və narkobiznes insan hüquqları üçün böyük təhlükədir” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, RİH-in əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak etdilər.
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun 2018-ci il 28 dekabr tarixli 129 nömrəli sərəncamına əsasən 24 sentyabr 2019-cu il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin qarşısında Pirallahı rayonunun ərazi Mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirildi.
Sentyabrın 24-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Pirallahı RİH-nin birgə təşkilatçılığı ilə "sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması"na dair işgüzar forum keçirib. Keçirilən forumda Iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Pirallahı RİH başçısı Vasif İmanov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov, sahibkarlar və aidiyyəti üzrə müxtəlif qurumların rəhbərləri iştirak etdilər.
Sentyabrın 23-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak edirdilər.
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı.
Sentyabrın 16-da Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə RİH-in məsul əməkdaşları, dövlət idarələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi «Bilik günü» Pirallahı rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlandı. Yeni dərs ilinin açılış mərasimlərində Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Sentyabrın 4-də 2018-2019-cu tədris ilinin yekunlarına və 2019-2020-ci tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdə millət vəkili Rauf Əliyev, Pirallahı RİH-nin, eləcə də digər idarə və müəssisələrin əməkdaşları, rayonun orta məktəblərinin pedoloji heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanova verildi.
Avqustun 8-də Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Bu gün, avqust ayının 7-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pirallahı rayonunda oldular.
Avqustun 5-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak edirdilər.
İyulun 29-da Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatcılığı, Azərbaycanda ilk şpris zavodu olan “Diamed Co” MMC-nin və “Baku Clinic” tibb mərkəzinin dəstəyi ilə Ümumdünya Hepatit Günü münasibətilə “Gizli qatil HEPATİT bəlkə səni təqib edir?!” şüarı altında rayon sakinləri üçün könüllülük prinsipi əsasında, ödənişsiz Hepatit B, C analizləri götürüldü.
İyulun 26-da Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən aztəminatlı ailələrlə görüş keçirildi.
Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir.