Home Contact Phone
background
  • Ünvan: AZ 1077 , Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi
  • Faks: (+994 12) 556-59-52
  • E-mail: mail@pirallahi-ih.gov.az

Xəbərlər

  • Dünya birliyi təcavüzkar Ermənistanın işğal...

    Dünya birliyi təcavüzkar Ermənistanın işğalçılıq siyasətini pisləməlidir

    2020-07-14

    Rauf Əliyev: “Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın münaqişəsinin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir”

  • BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyas...

    BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının ilkin gündəliyi dərc olunub

    2020-07-14

    Son günlərin ən aktual mövzularından biri olan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi məsələsi rəsmi olaraq nəhayət baş tutdu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci Xüsusi Sessiyasının ilkin gündəliyi dərc olundu. Gündəlikdə Baş Assambleyanın 74-cü sessiyasının prezidenti tərəfindən nümayəndə heyətinin sədri qismində iclasın açılışı, bir dəqiqəlik sükut, Baş Assambleyanın xüsusi iclasında nümayəndələrin səlahiyyətləri, Etimad Komitəsinin üzvlərinin təyin olunması, Etimad Komitəsinin hesabatı, Prezident və digər rəsmilərin seçilməsi, gündəliyin qəbulu sessiyanın təşkili və ümumi debatlar kimi müxtəlif başlıqlar var. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı hələ ki bəlli deyil və bu vaxt dövlətlər arasında aparılacaq məsləhətləşmələrin nəticəsindən asılıdır.

  • Düşmənin növbəti təxribatı layiqli cavabın...

    Düşmənin növbəti təxribatı layiqli cavabını aldı

    2020-07-14

    İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd edib. Rəşadətli ordumuzun əks-tədbirləri nəticəsində düşmən geri otuzdurulub və Ermənistanın təxribatına layiqli cavab verilib. Hər iki tərəfdən fərqli sayda itkilər olsa da erməni tərəfi öz ənənəsinə sadiq qalaraq itkilərini etiraf etməmiş və hətta cəmiyyəti yanıltmağa çalışmışdır. Azərbaycan tərəfi isə həm şəhid, həm də yaralı olanlarla bağlı dəqiq məlumatları cəmiyyətlə vaxt itirmədən paylaşmış və şəhid olan hərbi qulluqçuların dəfn mərasimləri həyata keçirilmişdir.

  • Prezident İlham Əliyev: Azərbaycan danışıqla...

    Prezident İlham Əliyev: Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil!

    2020-07-13

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi geniş müsahibədə Covid-19-a qarşı uğurlu mübarizədən tutmuş iqtisadiyyatımızın ciddi əsaslar üzərində qurulmasına və Dağlıq Qarabağ münaqişəsinə qədər çox geniş spektri əhatə edən məsələləri bir daha ətraflı şərh etmiş və dünya ictimaiyyətinə dəqiq mesajlar vermişdir. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox dövlətin dəstəklədiyi halda əleyhinə səs verən yeganə ölkənin Ermənistan olduğunu vurğulayan cənab Prezident düşmən ölkə rəhbərliyinin xəstə məntiqini də çox sadə şəkildə izah etdi - dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.

  • Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Ə...

    Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib

    2020-07-13

    Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmişdir.

  • Azərbaycan Respublikasının prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Ermənistanın üzərində mövcud olan çətir artıq deşilibdir”

    2020-07-11

    İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdilər. Azərbaycan Prezidenti hospitalın açılışından sonra milli televiziya kanallarımıza verdiyi müsahibəsində bir sıra aktual məsələlərə toxunaraq olduqca əhəmiyyətli fikirlər bildirdi. Ölkə başçısının xüsusilə Ermənistanla bağlı səsləndirdiyi fikirlər diqqət çəkməkdədir. Çıxışında Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirən cənab İlham Əliyev beynəlxalq təşkilatlardakı ikili standartlar, Ermənistanın dünya arenasında üzləşdiyi rüsvayçı vəziyyətlər və Ermənistanın daxili vəziyyəti ilə bağlı bir sıra mühüm şərhlər verdi.

  • “Vətəndaşlarımız nizam-intizama ciddi riay...

    “Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq”

    2020-07-10

    Koronovirusun yayılması ilə dünya yeni dövrə qədəm qoymuş oldu. Bu dövrün nə qədər davam edəcəyini heç kim bilmir və bu haqda verilən bütün proqnozlar şərti xarakter daşıyır. Beynəlxalq alimlər qrupunun araşdırmaları nəticəsində məlum oldu ki, virus indi 9 dəfə daha yolxucu olub. Bu isə infeksiyadan qorunma qaydalarına ciddi əməl etməli olduğumuzu bir daha göstərir. Koronovirusun təkcə Azərbaycanın yox ümumi bəşəriyyətin bəlasına çevrildiyini nəzərə alsaq demək, bu bizim və ya hansısa bir ölkənin problemi deyil. Dünya ölkələrinin mübarizə apardığı təbii təhlükələrdən biridir. Bəzən dünya müharibəsi adlandırılan koronovirus savaşının da öz şərtləri var və biz şərtlərin əksini etsək məğlubuiyyətimiz qaçılmaz olacaq.

  • Pandemiya ilə mübarizə fasiləsiz olaraq davam ...

    Pandemiya ilə mübarizə fasiləsiz olaraq davam etdirilir Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Biz ən kritik vəziyyətə hazır olmalıyıq”

    2020-07-09

    Yer kürəsini bürümüş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaşların sağlamlığının, təhlükəsizliyinin və rifahınıın təmin edilməsi durmuşdur. Bu məqsədlə görülən tədbirlər uğurla davam etdirilməkdədir. Görülən tədbirlər çərçivəsində son olaraq ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etmişdir. Sözü gedən açılışdan sonra mətbuata müsahibə verən ölkə başçısı bir çox məqamlara toxunmuşdur ki, burada da ən vacib məqamlardan biri, ölkə başçısının biz koronovirusla bağlı ən kritik vəziyyətə belə hazır olmalıyıq fikri olmuşdur.

  • Azərbaycan liderinin nəhəng uğuru:  BMT Baş A...

    Azərbaycan liderinin nəhəng uğuru: BMT Baş Assemblayasının Xüsusi Sessiyası

    2020-07-08

    Bəşəriyyət artıq bir neçə aydır “gözə görünməz” düşmənlə sözün əsl mənasında “ölüm və olum” mübarizəsi aparır. 21-ci əsrin - miqyasına görə ən böyük müharibəsi olaraq qəbul edilən pandemiyaya artıq dünyada 12 milyona yaxın insan yoluxmuşdur ki, bu rəqəm hər keçən dəqiqə fasiləsiz olaraq artmaqdadır. Dünya dövlətləri virusla öz imkanları və sərhədləri daxilində mübarizə aparmağa çalışır. Ölkəmizdə də virusa qarşı mübarizə davam etdirilir və vurğulamaq lazımdır ki, mübarizə olduqca əhatəli aparılır. Belə ki, pandemiyanın həm iqtisadiyatta, həm vətəndaşların güzaranına, həm də səhiyyəmizə təsirləri nəzərə alınaraq böyük miqyaslı tədbirlər həyata keçirilir. Ancaq hər ölkənin öz daxilində tədbirlər həyata keçirməyi kifayət deyil. Tədbirlər beynəlxalq səviyyədə olmalıdır. Tarix hər zaman bir həqiqəti təsdiqləyib ki, pandemiya ilə mübarizədə ümumi düşmənə qarşı qlobal əməkdaşlıq və səyləri birləşdirməklə qalib gəlmək mümkün olmuşdur. Bu mənada isə Azərbaycanın öncüllüyü diqqət çəkir.

  • Prezident İlham Əliyevin təşəbbüsləri beyn...

    Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

    2020-07-07

    u gün COVID-19 pandemiyası bütün dünya xalqlarını öz əsarəti altına almışdır. Sözün həqiqi mənasında dünya dövlətləri bu ümumi bəla ilə müharibə vəziyyətindədir. Virusa qalib gəlmək üçün isə hər bir dövlət öz məsuliyyətini anlamalı və bütün imkanlarını ümumi rifah üçün səfərbər etməlidir. Bütün dünya xalqları olaraq bu gün birliyimizə, həmrəyliyimizə və məsuliyyətimizə hər zamankından daha böyük ehtiyac var. Bu, həm milli, həm regional, həm də beynəlxalq səviyyədə belədir. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti cənab İlham Əliyev pandemiyaya qarşı mübarizədə ardıcıl, sistemli və düşünülmüş addımlar atır və bu addımlar həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Əslində pandemiya dövlətlərin qlobal şoklara dayanaqlılığını ölçən bir sınaq oldu. Azərbaycan bu sınaqdan da üzüağ çıxaraq, öz siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, onun təhlükəsizliyinin və sağlamlığının durduğunu bir daha sübut etdi.

  • Dünya ölkələrini bir araya gətirən lider: İ...

    Dünya ölkələrini bir araya gətirən lider: İlham Əliyev

    2020-07-06

    Son illərdə Azərbaycanda baş verən böyük dəyişikliklər və ölkədə yeridilən modernləşmə xətti uğurlu iqtisadi nailiyyətlərlə sıx şəkildə bağlıdır. Çünki, güclü dövlət güclü iqtisadiyyatı olan dövlətdir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə iqtisadi, mədəni və elmi-intellektual mərkəzə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir və sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bu da Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Xüsusilə, son illərdə Azərbaycanın həyata keçirdiyi layihələrin gerçəkləşdirilməsi nəticəsində Azərbaycan Respublikası beynəlxalq nəqliyyat-kommunikasiya, enerji təminatçısı olan bir ölkəyə çevrildi, dünya siyasətində rolu və nüfuzu artdı, yeri möhkəmləndi.

  • Pirallahı rayonunda koronavirus (COVİD-19) infek...

    Pirallahı rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi

    2020-07-06

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Pirallahı rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər keçirilməyə davam etdirilir.

  • Pirallahı rayonunda koronavirus (COVİD-19) infek...

    Pirallahı rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə reydlər keçirilir

    2020-07-05

    İyulun 4-də Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması məqsədilə RİH tərəfindən yaradılmış mobil qrupların üzvlərinin birgə iştirakı ilə koronavirus pandemiyasının Pirallahı rayonu ərazisində yayılmasının qarşısının alınması və Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı reyd keçirilib.

  • Pandemiya dövründə Azərbaycan Dövləti bir da...

    Pandemiya dövründə Azərbaycan Dövləti bir daha sübut etdi ki, hər zaman vətəndaşının yanındadır

    2020-07-04

    Pandemiya dövründə əhalinin sağlamlığının mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən ölkəmiz çoxyönümlü dəstək proqramları reallaşdırmaqdadır. Belə ki, yeni növ koronavirus infeksiyasının dünya ölkələrini kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyduğu son dönəm dünya ölkələri üçün bir sınaq oldu. Hətta kainatın super gücü olan ölkələrdə belə pandemiya qurbanlarının sayının minlərlə olduğu müşahidə edilir.

  • Dünyanın 130-dan çox dövləti Prezident İlham...

    Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi

    2020-07-03

    Öz inkişaf tempinə görə regionun lider dövləti olan Azərbaycan, dünya miqyasında da böyük inam və etimad bəslənilən gənc respublikadır. Son illər ərzində uğurlu xarici siyasəti ilə beynəlxalq arenada nüfuz qazanan ölkəmiz, eyni zamanda, qlobal pandemiya dövründə atdığı addımlar və irəli sürdüyü təşəbbüslərlə dünya üçün nümunə təşkil etməyə davam etdi.

  • Pirallahı rayonunda “COVİD-19”  pandemiyası...

    Pirallahı rayonunda “COVİD-19” pandemiyasına qarşı aparılan tədbirlər gücləndirlir

    2020-07-03

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində sərtləşdirilmiş xüsusi karantin rejimində əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu və karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğu qeyd edilmişdir.

  • Pandemiya ilə mübarizədə Azərbaycan modeli:  ...

    Pandemiya ilə mübarizədə Azərbaycan modeli: daxili və xarici siyasət

    2020-07-02

    Dünyanı bürüyən koronavirus pandemiyası (COVID-19) bu günədək 500 mindən çox insanın ölümünə səbəb olub. Yayılma sürəti get-gedə artan və daha çox insanı öz cənginə alan pandemiya dünyanı qorxuya salmağa davam edir. Dünya tərəfindən ən güclü olaraq qəbul edilən dövlətlər belə pandemiya qarşısında tab gətirməkdə çətinlik çəkir. İndiyədək ən çox ölüm hallarının ABŞ, Braziliya, Böyük Britaniya, İtaliya və Fransa kimi iri həcmli iqtisadiyyata malik ölkələrdə qeydə alınması da vəziyyətin ciddiliyi ilə bağlı bir daha işarə verir.

  • Dünya dövlətlərinin Azərbaycana və onun lide...

    Dünya dövlətlərinin Azərbaycana və onun liderinə olan böyük etimadı və hörməti

    2020-07-01

    Müasir dünyanın təşvişinə səbəb olan qlobal problemlər silsiləsində bu gün birinci sırada koronavirus pandemiyası dayanır. Bu pandemiyanın ən təhlükəli cəhəti ondadır ki, o, ayrı-ayrı ölkələri deyil, daha qlobal səciyyə daşıyaraq, ümumilikdə bütün dünyanı təhdid altına almışdır. Üçüncü dünya müharibəsi ilə müqayisə olunan Covid-19 infeksiyasının yayıldığı ilkin şəraitdə iri dövlətlər və beynəlxalq təşkilatlar sanki özünüitirmə, özünəqapanma və gözləmə mövqeyi tutmağa başladılar.

  • Xalqın liderindən dünya liderliyinə doğru

    Xalqın liderindən dünya liderliyinə doğru

    2020-06-30

    Bu günlərdə qoca Dünyamızı – Yer kürəsini daha bir qlobal təhlükə - koronavirus (COVİD-19) pandemiyası silkələyir. Hər gün bu virusa yoluxanlar və onun qurbanına çevrilənlərin sayı barədə ictimaiyyətə dəhşətli statistikalar açıqlanır. Hal-hazırda dünya müstəvisində bu virusa yoluxanların sayı 10 milyonu, virusdan həyatını itiriənlərin sayı isə 500 mini ötüb keçib. Ancaq Azərbaycan xalqı olaraq bizlər şanslıyıq ki, pandemiyanın yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan hakimiyyəti yüksək peşəkarlıqla addımlar ataraq, əhəmiyyətli və sistemli tədbirlər görərək virusun ölkə ərazisində sürətlə yayılmasının qarşısını qismən aldı və hazırda ölkəmizdə virusa yoluxanların, onun qurbanına çevrilənlərin sayı dünya statistikasının çox aşağısındadır. Bu ölkə rəhbərliyinin və vərəndaşlarımızın ortaq qələbəsidir.

  • Prezident İlham Əliyevin qlobal liderliyi və ql...

    Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyası

    2020-06-29

    Bəşəriyyətin artıq tam əminliklə 3-cü Dünya müharibəsi kimi adlandırdığı koronavirus mücadiləsi davam etməkdədir. Həqiqətən, insanlıq 2-ci Dünya savaşından sonra hələ belə böyük fəlakətlə, qorxunc gözəgörünməz düşmənlə üz-üzə qalmamışdı. Problem həm də ondadır ki, COVİD-19 təkcə can almır, həm də ölkələrin yaşam potensialını sarsıdır, milli iqtisadiyyata və bütövlükdə qlobal iqtisadiyyata ağır zərbələr vurur. İş yerləri kütləvi şəkildə bağlanır, fərdlərin, ailələrin gəlirləri azalır, zəruri ərzaq məhsullarına əlçatanlıq getdikcə çətinləşir.

  • Ölkə başçısının xarici siyasətdəki uğurl...

    Ölkə başçısının xarici siyasətdəki uğurları ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır

    2020-06-29

    COVİD-19 pandemiyasının bütün dünyada yayılmasının yaratdığı narahatlıqla əlaqədar bir çox beynəlxalq tədbirlər təxirə salınır, virus təhlükəsi ucbatından bir çox ölkə lideri əhali ilə təmaslarını belə dondurublar. Koronavirus pandemiyası çoxsaylı insan ölümlərinə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də baş-başa qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır.

  • Azərbaycan Silahlı Ordusu 102 yaşında!!!

    Azərbaycan Silahlı Ordusu 102 yaşında!!!

    2020-06-27

    Artıq 30 ilə yaxındır ki, müharibə şəraitində yaşayan bir ölkənin güclü orduya malik olması mühüm şərtdir. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz ölkə başçısının xüsusi qayğısı və davamlı dəstəyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkə başçısının Sərəncamı ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi ordu quruculuğu sahəsində aparılan ən mühüm islahatlardan biridir. Hazırda onlarla ölkəyə yerli istehsal olan silah və müxtəlif növ döyüş sursatları satmaqla Azərbaycan idxalçı ölkədən ixracçı ölkəyə çevrilmişdir.

  • Azərbaycan Ordusu dünyanın ən güclü ordular...

    Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

    2020-06-27

    Azərbaycan xalqı sorağı minilliklərdən gələn tarixi boyu olduqca mürəkkəb şəraitlərdə yaşamış, dövlətlər qurmuş, varlığını sübuta yetirmiş və inkişaf edib formalaşmışdır. Ölkəmizin əlverişli təbii-coğrafi mövqeyi onu istər yaxın, istərsə də uzaq dövlətlərin maraq dairəsinə salmış, bu maraqdan irəli gələn təcavüzkar niyyətlər həmin mürəkkəb şəraiti səciyyələndirmişdir.

  • Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvə...

    Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür.

    2020-06-26

    1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

  • Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir!

    Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir!

    2020-06-26

    Tariximizin əlamətdar səhifələrindən biri Azərbaycan Milli Ordusunun yarandığı gündür. Təməli 1918-ci ildə qurulmuş Azərbaycan ordusu artıq 102 illik böyük və şərəfli tarixə malikdir. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Beləliklə, hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

əvvəlki [3] növbəti