Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 10 nömrəli BŞX-nın ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

16 mart 2017 | 11:00
      Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birinci konfransına hazırlıqla əlaqədar olaraq hesabat-seçki yığıncaqları davam edir.
     16 mart 2017-ci il tarixdə 10 nömrəli BŞX-nın ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Gülarə Əliyeva gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra hesabat məruzəsi ilə çıxış etdi. G.Əliyeva qeyd etdi ki,      Ümummilli lider Heydər Əliyev partiyanı yaradarkən təşkilatının məqsəd və məqamını müəyyənləşdirərkən gənclərin qüvvəsindən istifadə edilməsinin, onlara diqqət və qayğını,  eyni zamanda təhsili əsas amil kimi ön plana çəkmişdir. Bu gün xalqımızın bütün təbəqələri, yaş qrupları partiyada birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətinin göstərir. Məruzəçi bildirdi ki, hesabat dövründə partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən xeyli artıb.
       Yığıncaqda çıxış edən baş həkim Ələddin Muxtarov, baş həkimin müavinləri Kəmalə Mustafayeva   və Həsən Quliyev, Elxan Süleymanov, Mübariz Abbasov və başqaları ərazi ilk partiya təşkilatının qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirdilər.
     Hesabat-seçki yığıncağının iştirakçıları ərazi ilk partiya təşkilatının ötən ildəki fəaliyyətini qənaətəbəxş qiymətləndirildi.
      Yığıncağın çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yarandığını bildirdi. Hikmət Şikarov yeni seçilmiş heyəti təbrik edərək yığıncaq iştirakçılarına çətin və şərəfli işlərində uğurlar arzuladı.
Keçidlər