Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda dövlət qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2017 | 11:00

23 iyun ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram  Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmişdir. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
           23 iyun Pirallahı Rayon İcra Hakimiyyətində də əlamətdar gün münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etdi, onlara işlərində nailiyyətlər arzuladı. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərinə ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
          Qeyd olundu ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı – Nasırov Nizami Fasi oğlu “Tərəqqi” medalı ilə  təltif olunub.
          Tədbirin sonunda dövlət qulluğunda fərqlənən aşağıdakı əməkdaşlara Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti ixtisas dərəcəsi verildi və  “Fəxri fərman”lar təqdim olundu.
         Növbəti ixtisas dərəcəsi alan əməkdaşlar:
Abdullayev Nürəddin Yahya oğlu        II dərəcə dövlət qulluqçusu
Cəfərzadə Həsən Hüseyn oğlu             III dərəcə dövlət qulluqçusu
Əmiralıyeva Fəxriyyə Ümidvar qızı    III dərəcə dövlət qulluqçusu
Qaraçobanov Tahir Hidayət oğlu         II dərəcə dövlət qulluqçusu
Məmmədov Mübariz Ləzgi oğlu          III dərəcə dövlət qulluqçusu
Niftəliyev Həsən Kərim oğlu               II dərəcə dövlət qulluqçusu
        “Fəxri fərman” ilə təltif olunan əməkdaşlar:
Namazov Azad Təhməz oğlu
Babayev Anar Eylaz oğlu
Eyvazov Şakir Əsgərxan oğlu
Qaragözlü İlahə Xanlar qızı

Keçidlər