Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib

14 avqust 2017 | 11:00
     Pirallahı rayonunda yerləşən N saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Tədbirdə dövlət himni səsləndirilib və sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində Rayon İcra Hakimiyyətinin əməkdaşları, hərbi hissələrin zabit və əsgər heyəti, ictimaiyyət nümayəndələri, əsgər valideynləri iştirak ediblər.
     Təntənəli mərasimdə çıxış edən  Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev və N saylı hərbi hissənin komandiri Elnur Rüstəmov gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə etdilər.
     Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.
Keçidlər