Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda uşaqlar üçün bayram şənliyi keçirildi

05 sentyabr 2017 | 11:00

Pirallahı qəsəbəsində yerləşən 3 nömrəli Uşaq Somatik Sanatoriyasında müqəddəs Qurban Bayramı münasibəti ilə uşaqlar üçün bayram şənliyi keçirildi.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, rayon ictimaiyyətinin nümayəndələri, sanatoriyanın müəllim və həkim kollektivi iştirak etdilər.
Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal Babayev uşaqları salamlayaraq onları RİH başçısı Vasif İmanov adından bayram münasibəti ilə təbrik etdi. V.Babayev uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial müdafiə mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipi olduğunu bildirdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin artıq milli strategiya kimi formalaşdığını vurğuladı.
Sonra bayram şənliyində uşaqların ifasında müxtəlif şeirlər, rəqslər, mahnılar səsləndi, şən klounlarının iştirakı ilə maraqlı səhnələr nümayiş etdirildi. Tədbirin sonunda uşaqlara hədiyyələr verildi.

Keçidlər