Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II Konfransı keçirildi

19 sentyabr 2017 | 11:00
      19 sentyabr Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı qərargahının akt zalında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II Konfransı keçirilmişdir. Tədbirdə Millət vəkili, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov iştirak etmişdir.
      Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlamış, Ulu öndər Heydər Əliyevin gənclərə ayırdığı xüsusi diqqəti özündə əks etdirən video-çarx nümayiş  etdirilmişdir. Video - çarxda Yeni Azərbaycan Partiyasının banisi, siyasi fəaliyyəti ilə daima gənclərə örnək olan Heydər Əliyevin çıxışlarına, gənclərə müraciətinə xüsusi yer verilmişdir. 
       Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi fəaliyyətindən, partiyanın siyasi kursunun əsas aspektlərindən, Pirallahı rayonunda keçirilən hər bir tədbirdə rayon təşkilatının səmərəli fəaliyyətindən geniş məlumat verən təşkilatının sədri Hikmət Şikarov öz çıxışında xüsusi ilə vurğuladı ki, bundan sonrakı fəaliyyətimizdə də daima partiyanın siyasi kursunu rəhbər tutaraq Azərbaycan Respublikasının rifahı, inkişafı naminə xidmət göstərəcəyik.
      Millət vəkili Fuad Muradov və YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov öz çıxışlarında bildirdilər ki, bu gün ölkəmizin əldə etdiyi ugurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Vurğulandı ki, son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir.
       Sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin gördüyü işlər barədə hesabat dinlənilmişdir. Dəvət olunan qonaqların çıxışlarından sonra partiyanın fəal üzvlərinə Fəxri Fərmanlar, yeni YAP üzvlərinə partiya  üzvlük vəsiqələri verilmişdir. Səsvermə yolu ilə  Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin 21 nəfərdən ibarət Şura üzvləri, 11 nəfərdən ibarət İdarə Heyəti, yeni sədr və sədr müavinləri seçilmişdir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Həşimli Mehman Vahid oğlu seçilmişdir. Sonda  Konfransın qərar layihəsi səsvermə yolu ilə təsdiq olundu.
 
 
Keçidlər