Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli icra hakimiyyəti orqanları arasında “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələri açıqlandı

22 sentyabr 2017 | 11:00
     21 sentyabr 2017-ci il tarixdə ADA Universitetində “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələrinə və tətbiq olunan yeniliklərə dair təqdimat mərasimi keçirilib.
    “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 2-ci hissəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə dövlət xidmətlərini qiymətləndirmək tapşırığı verilib. Bunun nəticəsində də dövlət orqanlarında Agentlik tərəfindən qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı respublikanın bütün mərkəzi icra hakimiyyəti orqanları, publik hüquqi şəxslər, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və o cümlədən yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhərinin rayonlarının) göstərdiyi xidmətlər “ASAN xidmət indeksi” üzrə qiymətləndirilmişdir.
       “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələrinə əsasən yerli icra hakimiyyəti orqanları arasında Pirallahı Rayon İcra Hakimiyyəti ikinci yeri tutmuşdur.
      Qeyd edək ki, 2017-2018-ci ildə qiymətləndirmə planı üzrə bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, ölkə vətəndaşlarına dövlət orqanlarında göstərilən xidmətləri qiymətləndirməyə imkan verən dövlət xidmətinin monitorinqi informasiya-analitik sistemi - rəsmi sayt yaradılacaq. Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
 
Keçidlər