Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzun məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

03 noyabr 2017 | 11:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilməkdədir. Sərəncama uyğun olaraq, respublikamızın bütün təhsil ocaqlarında “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.
   Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun müvafiq sərəncamına əsasən rayon ərazisində “Uşaq hüquqları aylığı” elan edilmiş, rayonun təhsil və mədəniyyət ocaqlarında uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, sərgi, “dəyirmi masa”, treninq-seminar, müsabiqələr keçirilir.
   Təsdiq edilmiş tədbirlər planına əsasən, növbəti tədbir 235 nömrəli tam orta məktəbdə təşkil olundu. Keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal Babayev və 235 nömrəli tam orta məktəbin direktoru Tahir Süleymanov şagirdlərə məlumat verdilər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Bildirildi ki,  Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib.
   Qeyd edək ki, ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığının keçirilməsinin əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Məktəblərdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər noyabrın 20-dək davam edəcək.
 
 
Keçidlər