Şriftin ölçüsü :

Saytın rəngi :

Hərəyə bir ağac əkək

09 dekabr 2017 | 11:00
    “12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günü” münasibətilə “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə ağacəkmə kampaniyası keçirildi. Aksiyada RİH əməkdaşları, YAP Pirallahı rayon təşkilatının fəalları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər. Pirallahı qəsəbəsinin mərkəzi küçəsi sayılan Səməd Vurğun küçəsində və “Gənclər” parkında  200-dən çox yeni ağaclar və gül kolları əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
    Pirallahıda artıq ənənə halını almış ağacəkmə kampaniyaların əsas məqsədi rayon ərazisində yaşıllıq zolaqlarını genişləndirmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Həmçinin günü-gündən gözəlləşən rayonumuzun ekoloji cəhətdən də inkişaf edən rayonlar sırasında olması üçün görülən işlərə dəstək olmaqdır.
 
 
 
 
Keçidlər