Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda satış yarmarkası təşkil olunub

17 fevral 2018 | 11:00
Novruz bayramı ərəfəsində Pirallahı rayonunda satış yarmarkası təşkil olunub. Yarmarkanın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılmasıdır. Yarmarkaya, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılıb. Əhalinin rahat şəkildə alış-verişini təmin etmək məqsədilə burada lazımı şərait yaradılıb.  Küçə ticarətinin qarşısının alınması, sui-istifadə hallarının aradan qaldırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Bununla yanaşı keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məsələlərinə də tam ciddi nəzarət olunur.
Yarmarkanın məhsullar əsasən Quba, Qusar, Salyan, Şabran, Lənkəran, Astara, Oğuz, Gədəbəy, Sabirabad və digər rayonlardan gətirilib. 
Qeyd edək ki, yarmarka fevral ayının 17-dən etibarən hər həftənin şənbə və bazar günlərində Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, “Yaşıl Park” adlanan yerdə təşkil olunacaq.
 
Keçidlər