Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi

20 fevral 2018 | 11:00
     2018-ci il fevral ayının 19-da Gürgən qəsəbəsindəki Mədəniyyət evində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
     Tədbirə gələnləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və bu istiqamətdə Gürgən qəsəbəsində aparılan işlərlə bağlı ətraflı məlumat verdi.
     Qəsəbə sakinləri Yusubova Afət, Əliyeva Nərminə, Mahmudov Şərif, Rüstəmov Azər, Rəhimova Sevinc, Alməmmədov Xəqani, Süleymanov Eyyub və başqaları onları maraqlandıran suallarla bağlı müraciət etdilər. Suallar əsasən  işlə təminat, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, su xəttinin çəkilişi, qəzalı vəziyyətdə olan evlərinin təmiri, qəsəbə daxili yolların asfaltlanması və digər məsələləri əhatə etmişdir.
      Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən və nəzərdə tutulan işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
 
Keçidlər