Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbliləri “Ana fəryadı” abidəsini ziyarət etdilər və Memorial Soyqırım muzeyində oldular

24 fevral 2018 | 11:00
    “Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2018-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında anım mərasimləri təşkil edilmiş, ümumtəhsil müəssisələrində, mədəniyyət ocaqlarında, məktəbdənkənar və məktəbəqədər tərbiyə müəssisələrində Xocalı soyqırımına həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir.
    21 fevral 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı rayon məktəbliləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinin ziyarət etmişlər. Tədbir iştirakçıları abidə önünə gül-çiçək dəstələri qoyaraq faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad etmişlər.
    Sonra məktəblilər Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində oldular. Ekskursiya zamanı bələdçi muzey haqda məlumat verərək tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı kimi daxil olub və bütün dünyada geniş əks-səda doğurub. Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşılarına məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 mindən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olub.
    Tədbirdə, həmçinin şagirdlərə məlumat verilib ki, ermənilər Xocalı əhalisinə qarşı vəhşicəsinə qətliam törədərkən soyqırımın ən iyrənc mərhələsi sayılan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıblar.
 
 
 
Keçidlər