Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun idmançıları kempo üzrə Respublika çempionatında yüksək nəticələr göstəriblər

16 mart 2018 | 11:00
    Kempo döyüş növü üzrə 8-ci Respublika  çempionatı Gənclər və İdman Nazirliyinin və Şərq Döyüş növləri şurasının razılığı ilə təşkil olunmuşdur. Keçirilən  yarışda ölkəmizin Gəncə, Abşeron, Sumqayıt, Şuşa, Pirallahı, Siyəzən, Şəki, Ələt, FHN-nin,  DSX-nin idmançılarından ibarət olmaqla 17 klubun 250-yə yaxın idmançısı öz güclərin sınamışlar. Yarışda Gənclər və İdman Nazirliyinin, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin, bir neçə idman təşkilat və federasiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Onlar yarışın açılış mərasimində bu gün dövlətin idmana göstərdiyi diqqətdən və Azərbaycanda Kempo idman növünə gənclərin marağının sürətlə artmasından danışdılar.
    Kempo Full və Kempo Submişn Gi üzrə keçirilmiş yarışda Pirallahı Kempo komandası 2 idmançı ilə təmsil olunmuşdur.
   Pirallahı Kempo komandasını təmsil edən Hüseyin Şeydayev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq birinci yerə layiq görülmüşdür.    Komandanın digər üzvü Hikmət Hüseynzadə isə yarışın gümüş medalı ilə mükafatlandırılmışdır.
Keçidlər