Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Rus icması Novruz bayramı münasibətilə uşaqlar üçün şənlik keçirdi

24 mart 2018 | 11:00
    Respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda Novruz bayramı təntənə ilə qeyd olunur. Rayonun bütün idarə və müəssisələrində, təhsil ocaqlarında Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirilir. Rayonda uşaqlar üçün  xalqımızın tarixiliyini, ənənələrini özündə yaşadan, təbiətin oyanışından xəbər verən, bolluq rəmzi olan Novruz bayramı münasibətilə şənlik təşkil etmək artıq ənənə şəklini alıb. 
    Martın 22-də rayonun Rus İcması  tərəfindən Novruz şənliyini keçirildi. Tədbirlərdə uşaqlar deyib-gülüb əylənib, şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər. Bayram şənliyində aztəminatlı ailələrdən olan 40-dan çox uşağa hədiyyələr paylanıb.
 
Keçidlər