Şriftin ölçüsü :

Saytın rəngi :

Neft Daşlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə tədbir keçirildi

11 may 2018 | 11:00
   Əfsanəvi Neft Daşlarında Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə tədbir keçirildi. Neftçilər əvvəlcə Neft Daşlarının ərazisindəki parka gələrək ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, onun əziz xatirəsini böyük ehtiramla yad etdilər.
    “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov öz çıxışında qeyd etdi ki, Azərbaycan neft-qaz sənayesinin, “Neft Daşları”nın inkişaf tarixinin böyük bir dövrü Ulu Öndərimizin adı ilə bağlıdır. Vurğulandı ki, ulu öndər Heydər Əliyev dühasının bəhrəsi olan “Əsrin müqaviləsi”ndən başlayaraq dünyanın bir çox aparıcı dövlətlərinin iri şirkətləri ilə bağlanmış müqavilələr yeni neft strategiyasının əsasını qoyub. 
    Q.Mahmudov bildirdi ki, neftçilər böyük qürur hissi keçirirlər ki, Azərbaycana dünya şöhrəti gətirən, elm, texnika, insan əməyinin bənzərsiz möcüzəsi olan “Neft Daşları”nda çalışırlar və illərdir ki, əldə olunmuş nailiyyətlərin estafetini davam etdirərək müstəqil dövlətimizə xidmət edirlər, onun sarsılmazlığı və əbədiliyi üçün neft sahəsində böyük fədakarlıqla mübarizə aparırlar.
     Çıxış edənlər Azərbaycanın dinamik inkişafında ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının müstəsna rol oynadığını, qəhrəman neftçilərimizin bu strategiyanın uğurla həyata keçirilməsinə misilsiz töhfələr verdiklərini qeyd ediblər.
 
Keçidlər