Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Milli Qəhrəman Yavər Əliyevin doğum günüdür

27 iyun 2018 | 11:00
    Milli hərbi aviasiyanın yaradılmasında onun böyük rolu olub.
    Əliyev Yavər Yaqub oğlu 27 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olub. O, tükənməz səyi nəticəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənib. Y.Əliyev əvvəlcə Mİ-4, Mİ-2 vertolyotuna pilot, daha sonra isə komandir təyin edilib. Y.Əliyevin Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında böyük əməyi olub. 1992-ci ildə Şuşaya gələrək həlak olmuş döyüşçülərin meyitlərinin oradan çıxarılmasında xüsusi səy göstərilmişdir. Həmin ilin 14 fevralında MDB hərbi hissələrindən Azərbaycana bir neçə vertolyotun göndərilməsində Y.Əliyevin xüsusi xidməti olub. Dəfələrlə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar edib. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirib. 1992-ci il fevralın 29-da növbəti uçuşu zamanı düşmən tərəfindən vurulub, qəhrəmanlıqla həlak olub.  
   Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.  
    Ailəli idi. İki övladı yadigar qalıb.
    Azərbaycan Respublikası Prezidentinin 14-sentyabr 1992-ci il tarixli 204 saylı Fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib.
    Vaxtilə təhsil aldığı 235 saylı orta məktəb onun adını daşıyır.
Keçidlər