Tariximizin ən qanlı səhifələrindən biri də 20 Yanvar faciəsidir. Bu faciə hər bir azərbaycanlının ürəyində sızıldayan, inildəyən bir yaradır. Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
Azərbaycan xalqına qarşı törədilən qanlı 20 Yanvar faciəsindən artıq 31 il ötür. 20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Beləliklə, 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi, həm də fenomenal mənası vardır. Faciənin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan vermişdi. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da 20 yanvar faciəsi haqqında hərtərəfli informasiya verilmiş və imperiya qüvvələri lənətlənmişdi.
Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi qeyri-neft sənayesinin əsas inkişaf prioritetləridir.
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.
Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.
Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.
19 yanvar 2021-ci il tarixdə Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfrans keçirilmişdir. Konfransda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RIH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, şagirdlər və onların fənn müəllimləri iştirak etmişdir.
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 18-dən əhalinin vaksinləşmə prosesi başlanmışdır.
28 il işğal altında qalmasına baxmayaraq hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Vətənimizin hər bir qarışı bizim üçün döğma, əzizdir. Lakin xalqımızın mədəniyyət, incəsənət, xüsusilə musiqi sənətinə dahilər bəxş etmiş Şuşa şəhərinin azad olunması, orada Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlıda xüsusi qürur hissi oyadır. Məhz Zəfər tariximizi də Şuşanın azad olunduğu gün ilə qeyd edilməsi buna sübutdur.
Yeni ilin ilk ayı, ilk günləri – yanvarın 14-15-i Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa şəhərinə möhtəşəm səfəri və parlaq çıxışı ilə yaddaşlarda qaldı. Məlum оldu ki, 44 günlük müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Yanvarın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etmişdir.
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib
Yanvarın 11-də bütün dünyanın, ələlxüsus Avrasiyanın gözü Moskva şəhərində idi. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub. 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub.
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.
30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən artıq 2 ay ötsə də ərazilərimizin azad edilməsi sevinci xalqımızın üzündə, davranışında sezilməkdə davam edir.
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Videoformatda keçirilən müşavirə müstəqillik tariximizin ən şanlı ilinin, tarixi Zəfər ilinin yekunlarına həsr edilmiş müşavirə kimi yaddaşlara həkk olunub. Elə müşavirədə müzakirə edilən məsələlər də, 2021-ci ildə görüləcək işlərlə bağlı səsləndirilən fikirlər də tarixi idi. Çünki cəmi bir neçə ay bundan əvvələ qədər yalnız xəyal edə biləcəyimiz torpaqlarımızın işğaldan azad edilməsi arzusu artıq reallığa çevrilmiş və qarşıda duran vəzifələr və görüləcək işlər də ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın gələcək inkişafı və işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın təmin olunması ilə bağlı olmuşdur.
Müasir dövrdə dünya dövlətləri qarşısında duran ən başlıca vəzifələrdən biri milli və dini təhlükəsizliklərini təmin etməkdir. Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin yayıldığı, sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olmuşdur. Bu gün ölkəmiz bir çox sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də nümunəvi təcrübəyə malikdir. Hazırda Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən hesab olunur, ölkəmiz bir çox beynəlxalq konfranslara ev sahibliyi edir. Bu gün bir sıra müsəlman ölkələrində xoşagəlməz proseslər baş verir. Bəzi hallarda dindən siyasi məqsədlərlə istifadəyə cəhdlər edilir.
Bu il yanvar ayının 6-da keçirilən və 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunu nitqi ilə yaddaşlara həkk оlundu. 2020-ci ilin ən mühüm yekunundan bəhs edən Cənab Prezident bildirdi ki, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
Prezident İlham Əliyev artıq on səkkiz ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla inkişaf etdirən dövlət başçısının fəaliyyəti çoxşaxəlidir. Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır. İlham Əliyev XXI əsrin keşməkeşləri şəraitində həmin inkişaf kursunu yeni şərtlər daxilində səmərəli şəkildə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir. Ekspertlərin qiymətləndirmələrinə görə, bu proses daha da inkişaf edəcək, Azərbaycan rəhbəri malik olduğu liderlik xüsusiyyətlərinə görə daim uğur gətirən addımlar atacaq.