Home Contact Phone
background
  • Ünvan: AZ 1077 , Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 3
  • Faks: (+994 12) 556-59-52
  • E-mail: mail@pirallahi-ih.gov.az

Xəbərlər

  • Rayonumuzda yanğınsöndürənlərin peşə bayra...

    Rayonumuzda yanğınsöndürənlərin peşə bayramı qeyd edildi

    2018-10-11

    Yanğınsöndürənlər Azərbaycanda Yanğınsöndürmə xidmətinin yaranmasının 100-lik yubileyini qeyd edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci il 5 oktyabr tarixli Sərəncamına müvafiq olaraq hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı günü kimi qeyd edilir.

  • Pirallahı qəsəbəsində sakinlərlə növbəti ...

    Pirallahı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

    2018-10-09

    Oktyabrın 8-də Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə RİH-in məsul əməkdaşları, rayon idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.

  • 5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

    5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

    2018-10-05

    5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

  • Müstəqilliyimizin, monolit birliyimizin, iqtisad...

    Müstəqilliyimizin, monolit birliyimizin, iqtisadi inkişafımızın təməl günü

    2018-10-03

    Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

  • Xocavənd rayonu 26 ildir düşmən tapdağı alt...

    Xocavənd rayonu 26 ildir düşmən tapdağı altındadır

    2018-10-02

    2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb.

  • Pirallahıda Beynəlxalq Ahıllar Günü qeyd edil...

    Pirallahıda Beynəlxalq Ahıllar Günü qeyd edildi

    2018-10-01

    Pirallahı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı “Beynəlxalq Ahıllar Günü” münasibətilə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir keçirildi. Mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon rəsmiləri və ziyalıları, eləcə də yaşlı nəslin nümayəndələri iştirak etdilər.

  • Beynəlxalq Ahıllar Günü ilə bağlı tədbir k...

    Beynəlxalq Ahıllar Günü ilə bağlı tədbir keçirildi

    2018-09-28

    Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh qəsəbəsində yerləşən "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət mərkəzi"ndə bayram tədbiri keçirildi.

  • Rayonun ərazi Mülki müdafiə dəstələri ilə ...

    Rayonun ərazi Mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış məşqi keçirildi

    2018-09-25

    Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun 2018-ci il 31 yanvar tarixli 03 nömrəli sərəncamına əsasən 25 sentyabr 2018-ci il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin qarşısında Pirallahı rayonunun ərazi Mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirildi.

  • Gürgən qəsəbə sakinləri ilə növbəti səyy...

    Gürgən qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi

    2018-09-24

    Sentyabrın 24-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Gürgən qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə RİH-in məsul əməkdaşları, dövlət idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.

  • 20 sentyabr - Azərbaycanın neft-qaz sənayesinin...

    20 sentyabr - Azərbaycanın neft-qaz sənayesinin dirçəlişinin başlanğıcıdır

    2018-09-20

    1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı.

  • Pirallahı gənclərinin Üzeyir Hacıbəylinin ev...

    Pirallahı gənclərinin Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiyası təşkil olunub

    2018-09-18

    18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə rayon gənclərinin Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiyası təşkil olunub.

  • "Dini mərasimlər: Ənənəvilik və müasir...

    "Dini mərasimlər: Ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

    2018-09-17

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirildi. Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən dini icmaların üzvləri, dini komissiyasının və rayon Ağsaqqallar Şurasının təmsilçiləri, tam orta məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • "Bilik günü" münasibətilə rayonun t...

    "Bilik günü" münasibətilə rayonun təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirildi

    2018-09-15

    Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - «Bilik günü» Pirallahı rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlandı. Yeni dərs ilinin açılış mərasimlərində Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər.

  • Məktəblilərimiz Bakı Kitab  Mərkəzinə eksku...

    Məktəblilərimiz Bakı Kitab Mərkəzinə ekskursiya ediblər

    2018-09-13

    15 sentyabr - Bilik Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı rayon məktəblilərinin Bakı Kitab Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiyada Pirallahı rayonunda fəaliyyət göstərən 168, 186, 235, 231 və 243 №-li tam orta məktəblərin 20 nəfərdən ibarət şagird və müəllim heyəti iştirak etmişdir.

  • Pirallahı müəllimlərinin ənənəvi sentyabr k...

    Pirallahı müəllimlərinin ənənəvi sentyabr konfransı keçirildi

    2018-09-11

    Sentyabrın 11-də 2017-2018-ci tədris ilinin yekunlarına və 2018-2019-cu tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl Rayon İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən 100-dən artıq aztəminatlı ailədən olan şagirdə məktəbli forması paylanıldı. Tədbirdə Pirallahı RİH-nin, eləcə də digər idarə və müəssisələrin əməkdaşları, rayonun orta məktəblərinin pedoloji heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər.

  • Rayon sakinləri ilə açıq havada səyyar görü...

    Rayon sakinləri ilə açıq havada səyyar görüş keçirildi

    2018-09-10

    Sentyabrın 10-da Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, dövlət idarələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.

  • Rayonumuzda “Sülh aylığı” çərçivəsind...

    Rayonumuzda “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir

    2018-09-04

    Ölkəmizdə hər il 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixləri “Sülh aylığı” elan edilir. Bu aylıq çərçivəsində respublikanın bütün regionlarında, ö cümlədən Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər təşkil edilir.

  • Qubadlı rayonunun işğalından 25 il ötür

    Qubadlı rayonunun işğalından 25 il ötür

    2018-08-31

    Bu gün Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür.

  • Rayonumuzda “SOCAR” brendi altında yanacaqdol...

    Rayonumuzda “SOCAR” brendi altında yanacaqdoldurma məntəqəsi açıldı

    2018-08-30

    Pirallahı rayonunda “SOCAR” brendi adı altında yeni yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov, müavinlər İsmayıl Əliyev, Anara Hacıbəyli, “SOCAR Petroleum” QSC-nin baş direktoru Toğrul Seyidov və digər qonaqlar iştirak ediblər.

  • Pirallahı qəsəbəsində sakinlərlə növbəti ...

    Pirallahı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

    2018-08-28

    27 avqust 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə RİH-in məsul əməkdaşları, rayon idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.

  • Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezid...

    Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür

    2018-08-25

    Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür.

  • Füzuli və Cəbrayıl rayonlarının işğalında...

    Füzuli və Cəbrayıl rayonlarının işğalından 25 il ötür

    2018-08-23

    Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür.

  • Aztəminatlı ailələrə bayram sovqatı paylanı...

    Aztəminatlı ailələrə bayram sovqatı paylanıldı

    2018-08-22

    Pirallahı Rayon İcra Hakimiyyəti, YAP Pirallahı rayon təşkilatı və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanıldı

  • Pirallahı rayonunda təhsilin keyfiyyət göstər...

    Pirallahı rayonunda təhsilin keyfiyyət göstəriciləri ilbəil artmaqdadır

    2018-08-16

    Təhsil cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərin ən əsasını təşkil edir. Təhsili millətin gələcəyi adlandıran ümummilli lider Heydər Əliyev, təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində və müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü. Cənab Prezident İlham Əliyev də öz çıxışlarının birində qeyd etmişdir ki, “Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında harmoniyanı təmin etməkdir.”

  • Rayonumuzda “məişət zorakılığının qarş...

    Rayonumuzda “məişət zorakılığının qarşısının alınması üzrə monitorinq qrupu”nun iclası keçirildi

    2018-08-10

    Avqustun 9-da Pirallahı rayonunda “məişət zorakılığının qarşısının alınması üzrə monitorinq qrupu”nun iclası keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, başçının müavini Anara Hacıbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və komitənin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova, rayonun idarə və təşkilatlarının təmsilçiləri iştirak etdilər.