Şriftin ölçüsü :

Saytın rəngi :

Mayak

Abşeron yarımadasının ən hündür mayakı

Hələ XIX əsrdə, 1859-cu ildə, Pirallahı adası ilə üzbəüz dağda Abşeron mayakının – yerli mayaklardan ən irisinin tikintisinə başlanmışdır. 25 metr hündürlüyündə orijinal konstruksiyalı daş qüllədən ibarət olan mayakın pəncərələri lövbər, giriş qapısı isə tağ şəklində işlənmişdir. Qüllənin zirvəsinə 102 pilləli dolanbac pilləkanla qalxmaq mümkündür. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir. Əks etdirdiyi işıq 38 km məsafədən görünməklə gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. İlk vaxtlar mayak kerosin lampası ilə işıqlandırılırdı. Sonralar, 1912-ci ildə mayakın işıqlandırılması sistemi kerosin-damla qurğusu ilə təmin olunmuş, 1956-cı ildən isə elektrik enerjisi ilə əvəz edilmişdir. Hazırda mayakın işıqlandırılmasını, 500 vatlıq elektrik lampası və xüsusi linzalar təmin edir. Mayakın işıq yayan şüşələri o dövrdə Fransadan gətirilmişdir.
Mayak Gürgənin tarixidir, onun gələcəyi isə, əlbəttə ki, burada salınacaq 120 minlik şəhərlə bağlıdır. Gürgən qəsəbəsi ərazisində ayrılmış 750 ha ərazidə yeni şəhərin salınması istiqamətində layihələndirmə işləri həyata keçirilir. Layihə əsasında 35 ədəd 20 mərtəbəli, 49 ədəd 15 mərtəbəli, 338 ədəd 10-12 mərtəbəli, 100 ədəd 7 mərtəbəli, 85 ədəd 5 mərtəbəli, 56 ədəd 4 mərtəbəli, 44 ədəd 2 mərtəbəli olmaqla cəmi 707 ədəd yaşayış binasının tikintisi planlaşdırılır. Yeni salınacaq şəhərdə 120000 sakinin məskunlaşması mümkün olacaq. Su idman növlərinin inkişafı üçün müvafiq tədbirlər görüləcək. Gürgən qəsəbəsində 1860-cı ildə istifadəyə verilmiş mayakın əsaslı təmir işləri də nəzərdə tutulmuşdur.

Keçidlər