Şriftin ölçüsü :

Saytın rəngi :

“Nərəkənd” kompleksi

Pirallahı qəsəbəsinin cənub hissəsində 2.86 ha ərazidə özündə balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” balıqyetişdirmə kompleksinin yaradılması istiqamətində işlər aparılır. Kompleksin “Nərəkənd park” hissəsində işlər artıq yekunlaşmışdır. Park ərazisində tamet və asfalt yollar salınıb, ağaclar və qazon əkilib, suvarma və işqlandırma işləri yerinə yetirilib, uşaqlar və böyüklər üçün idman qurğuları yerləşdirilib. Həmçinin dəniz qırağında sahil bərkitmə işləri aparılıb və 2 ədəd panton tipli körpü sifariş edililərək yelkənli və balıqçı qayıqlarının yanalması üçün yaxın zamanlarda istifadəyə veriləcəkdir. Burada balıq bazarı və restoran da əhaliyə xidmət göstərəcəkdir. Balıqyetışdirmə ferması iki həssədən ibarət olacaqdır – qapalı və açıq tipli fermalar. Fermada nərəkimilərin yetışdirilməsi nəzərdə tutulur. İllik istehsal gücü 150 ton balıq əti və 4 ton qara kürü olacaqdır.

Keçidlər