ELANLAR
ELAN
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə rayon İcra Hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Bununla əlaqədar olaraq 30.09.2024-cü il tarixdən etibarən 23 iş günü müddətində rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 30.10.2024-cü il tarixdə namizədlərin irəli sürülməsi başa çatacaqdır.
Seçki ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər (Əlaqə telefonu: 556-59-41; 556-59-45; 556-59-55; 457-32-89).
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 16 sentyabr 2024-cü il tarixində ümumi müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 15 oktyabr 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək. Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrin adlarına habelə, vəzifə təlimatı və müsahibə proqramlarına bir daha nəzər yetirməyiniz, çatışmazlıq və nöqsanlar (olduğu təqdirdə) barədə mümkün qısa müddət ərzində məlumat verməyiniz, habelə müsahibə elanının dövlət orqanının rəsmi internet portalına yerləşdirilməsini təmin etməyiniz xahiş olunur:
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550
Əlavə məlumat:
· Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
· Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
· Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.
Gənclər və İdman Nazirliyi Pirallahı “Gənclər evi” sosial xidmət müəssisəsinə direktor vəzifəsinə sənəd qəbulu elan edir.
“Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
• Ali təhsilli;
• Gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
• Yaş həddi 35-dək;
• Minimum 1 xarici dil bilmək.
Təqdim ediləcək sənədlər:
• CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
• Şəxsiyyət vəsiqəsinin surəti;
• Ali təhsil haqqında diplomun surəti;
• Tərcümeyi-hal (Elektron formada).
Müsahibə proqramı və qulluq funksiyaları barədə ətraflı linkdən
https://bit.ly/3UB1srP tanış ola bilərsiniz.
Sənədlər 23 may 2024-cü il tarixinədək elektron formada elan@mys.gov.az ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.
Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4.
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 17 aprel 2024-cü il tarixində daxili müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 1 may 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək. Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrin vəzifə təlimatı və müsahibə proqramlarına bir daha nəzər yetirməyiniz, çatışmazlıq və nöqsanlar (olduğu təqdirdə) barədə mümkün qısa müddət ərzində məlumat verməyiniz, habelə müsahibə elanının dövlət orqanının rəsmi internet portalına yerləşdirilməsini təmin etməyiniz xahiş olunur:
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=540
Əlavə məlumat:
· Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
· Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
· Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.
Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 2022-cil il ərzində gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat
Azərbaycan Respublikasının Konstitusiyasına və qüvvədə olan normativ aktlara uyğun olaraq yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, sağlamlıqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” yaradılmışdır.
Şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə elektron ünvan (mail@pirallahi-ih.gov.az), elektron müraciət (pirallahi-ih.gov.az/feedback.html), etimad telefonu 5565942 açılmış və rəqəmsal icra hakimiyyəti portalına (rih.gov.az) inteqrasiya olunmuşdur. Bununla bağlı məlumatlar rayon İcra Hakimiyyətinin internet səhifəsində və məlumat lövhəsində yerləşdirilmiş, eləcədə bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunur.
Hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq gənclərin və erkən nikah yaşında olan şəxslərin məlumatlandırılmasına diqqət artırılmışdır.
Belə ki, il ərzində ailənin və nikahın əhəmiyyəti, onun və ailə ənənələrinin qorunması, möhkəmləndirilməsi və inkişafı, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, ailə dəyərlərinin təbliği, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması ilə bağlı rayonun ümumtəhsil müəssisələrində, idarə və təşkilatlarda profilaktik və maarifləndirici tədbirlər, təbliğat və izahat işləri həyata keçirilmişdir.
Tədbirlərdə rayon İcra Hakimiyyətinin, vətəndaş cəmiyyəti institutlarının, hüquq mühafizə, səhiyyə, təhsil və digər aidiyyəti orqanların nümayəndələrinin, yetkinlik yaşına çatmayanların, gənclərin, valideynlərin, din xadimlərinin və digər şəxslərin iştirakı təmin edilmişdir. Həmçinin tədbirlər zamanı mövzu ilə bağlı müzakirələrin və izahat işlərinin aparılması, əhatəli şəkildə çıxışların edilməsi, video çarxların nümayiş olunması, iştirakçıların suallarının cavablandırılması, rəsm sərgilərinin nümayişi və digər tədbirlərin görülməsi də təmin olunmuşdur.
Eyni zamanda müraciətlər, monitorinq və qəbullar zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında şəxslərin maarifləndirilməsi, nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması, gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi, bu sahədə maarifləndirmə və profilaktika işlərinin aparılması təmin edilmişdir. Yetkinlik yaşına çatmayanların maraqlarına toxunan məsələlərdə onların dinlənilməsi və iştiraklarının təmin sahəsində fəaliyyət gücləndirilmişdir.
Gənclərin, yetkinlik yaşına çatmayanların idmana, incəsənətə və ictimai faydalı əməyə marağının artırılmasına, onların sağlam həyat tərzinə cəlb etdirilməsinə, antinarkotik dünyagörüşünün formalaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, vətənpərvərlik ruhunda tərbiyəsinə diqqət artırılmış və bu sahədə də müvafiq tədbirlər, idman yarışları və turnirləri həyata keçirilmişdir.
Tədbirlər, maarifləndirmə, təbliğat və izahat işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na və digər normativ aktlara uyğun olaraq həyata keçirilmiş və bu işlər müntəzəm olaraq davam etdirilməkdədir. Rayon İcra Hakimiyyətinin internet və sosial şəbəkə səhifələrində, həmçinin kütləvi informasiya vasitələrində görülmüş işlər, keçirilmiş tədbirlər və digər məlumatlar mütəmadi olaraq işıqlandırılır.
Məişət zorakılığı
Məişət zorakılığı nədir?
Ümumilikdə zorakılıq termini başqalarına münasibətdə müxtəlif məcburetmə formalarının tətbiq edilməsi kimi başa düşülür. Məişət zorakılığı isə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə yaxın qohum olan ailə üzvlərinin, birgə yaşadığı hallarda digər qohumlarının, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvadın və ya himayəçi təyin olunmuş fiziki şəxslərin və qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumların birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Göründüyü kimi, “Məişət zorakılığının yanlız qadınların deyil, həmçinin digər ailə üzvlərini, o cümlədən uşaqları fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılığa məruz qalması deməkdir.
Məişət zorakılığının formaları hansılardır?
Məişət zoraklığının əsasən fiziki, psixoloji, iqtisadi və cinsi formaları mövcuddur. Məişət zəminində fiziki zorakılıq –birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığa zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasınlar. Məişət zəminində psixi zorakılıq –birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərdir. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi –birinin digərini onun mülkiyyətində və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaranmasına, belə asılılığı saxlamasına yönəlmiş hərəkətlərdir. Məişət zəminində cinsi zorakılıq –birirnin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.
Mühafizə orderi nədir?
Mühafizə orderi- məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktıdır. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığını törətmiş şəxsə zorakılığın təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edə bilər. Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanları tərəfindən 30 gün müddətinədək verilir. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.
Respondent barədə ümumi məlumatlar.
Cinsi mənsubiyyətiniz:
- Kişi
- Qadın
Yaşayış yeri:
- Şəhər
- Rayon
- Kənd
Yaşınız:
- 18 yaşdan yuxarı
- 18 yaşdan aşağı
Təhsiliniz:
- Ümumi
- Orta ixtisas
- Ali
Əmək fəaliyyətiniz:
- İşləyirəm
- İşləmirəm
Məişət zorakılığı sorğu
- Son 6 ay ərzində məişət zorakılığına məruz qalmısınızmı və ya şahidi olmusunuzmu?
- Məişət zorakılığına məruz qalmışam
- Məişət zorakılığına məruz qalmamışam
- Məişət zorakılığı halının şahidi olmuşam
- Məişət zorakılığı halının şahidi olmamışam
- Məişət zorakılığının hansı növləri haqqında məlumatlısınız?
- Məişət zəminindəfiziki zorakılıq;
- Məişət zəminindəpsixi zorakılıq
- Məişət zəminindəiqtisadi zorakılıq
- Məişət zəminindəcinsi zorakılıq
- Hamısı
- Heç biri
- Məişət zorakılığına məruz qaldıqda hansı quruma müraciət etmisiniz və ya zərər çəkənin hara müraciət etməsi ilə bağlı məlumatınız varmı?
- Polisə
- Prokuroluğa
- Bələdiyyələrə
- Yerli İcra Hakimiyyətinə
- Məhkəməyə
- AQUPDK
- Qohumlarına
- Heçyerə
- Sizcə məişət zorakılığının səbəbləri hansılardır?
- Qadınların sərbəstlik tələbi.
- Psixoloji durum.
- Steriotiplər, adət ənənələr.
- Təhsilsizlik.
- İşsizlik, sosial rifahın aşağı olması.
- Şiddətə genetik meyl.
- Yaxın qohumların ailənin həyatına müdaxiləsi.
- Ailədəki maddi problemlər.
- Ailə fərdləri arasında anlaşılmazlıq.
- Cavab verməkdə çətinlik çəkirəm
- Digər
- Məişət zorakılığı ilə necə mübarizə aparmaq olar?
- Regionlarda həyata keçirilən maarifləndirmə tədbirlərinin sayı artırılmalıdır;
- Milli qanunvericilik təkmilləşdirilməlidir;
- Dövlət qurumlarının bu istiqamətindəki fəaliyyəti daha da artırılmalıdır.
- Adət ənənələrin və steriotiplərin aradan qaldırılması
- Məktəblilərin məişət zorakılığı ilə bağlı məlumatlandırılması
6.Mühafizə orderi barədə məlumatlısınız?
- Bəli
- Xeyr
olaraq müəyyən edilmiş açıq və qapalı yerlər barədə
M Ə L U M A T
№
|
Rayonun adı
|
Bələdiy-yələrin sayı
|
Bələdiyyələrin əhatə etdiyi yaşayış məntə-qələrinin sayı
|
Müəyyən edilmiş yerlərin ümumi sayı
|
O cümlədən
|
Bələdiyyələr üzrə müəyyən edilmiş yerlərin ünvanı və tutumu
|
||||
açıq
|
qapalı
|
açıq
|
tutumu
|
qapalı
|
tutumu
|
|||||
1
|
Pirallahı
|
3
|
4
|
6
|
3
|
3
|
|
|
|
|
|
|
|
Pirallahı
|
2
|
1
|
1
|
Pirallahı qəs., S.Vurğun küç. 56 A nömrəli binanın qarşısı
|
700
|
Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi 1, Pirallahı İdman Kompleksi
|
300
|
|
|
|
Gürgən
|
2
|
1
|
1
|
Gürgən qəs., İ.Məcidov küç. 41, 231 saylı məktəbin qarşısı
|
250
|
Gürgən qəs., İ.Məcidov küç. 27, Mədəniyyət Mərkəzi
|
150
|
|
|
|
Çilov, Neft Daşları
|
2
|
1
|
1
|
Çilov qəs., 28 may küç., Açıq idman oyunları stadionu
|
250
|
Çilov Mədəniyyət Mərkəzi
|
150
|
Könüllülük fəaliyyətinə sən də qoşul!
Pirallahı Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Qanuna müvafiq olaraq Pirallahı Rayon İcra Hakimiyyətində könüllü fəaliyyəti əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
• Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi;
• Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadə olunmasında köməkliyin göstərilməsi;
• “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
• Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
• Əlillərin “ASAN Xidmət” Mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində onlara qayğının göstərilməsi;
• Mərkəzə gəlmiş valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;
• Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi;
• Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Pirallahı Rayon İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər. Növbələrin bölgüsü aşağıdakı kimidir:
• 09:30-13:00 – Birinci növbə
• 13:00-16:00– İkinci növbə
Pirallahı Rayon İcra Hakimiyyəti könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. “ASAN xidmət” mərkəzlərində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-29 yaş arası gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlər üçün tələblər:
• İntizamlılıq;
• Xoşrəftarlılıq;
• Ünsiyyətcillik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompüter bacarığı;
Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcumeyi-hal) mail@pirallahi-ih.gov.az e-poçtuna göndərə bilər və ya Pirallahı Rayon İcra Hakimiyyətinə öz sənədlərini təqdim edə bilər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.