"1 mart - Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib
01 mart 2023 | 12:56
01.03.2023-cü il tarixdə Pirallahı rayonunda 1 mart “Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin, Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin, 51 nömrəli Yanğından Mühafizə Hissəsinin nümayəndələri, məktəbin müəllim kollektivi, şagirdlər və digər şəxslər iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu, mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələləri olub.
Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, ətraf mühit, təhlükəsizlik, həmçinin mövzu ətrafında digər məsələlər barədə maarifləndirici çıxışlar edilmiş, geniş məlumatlar vermişdir. Tədbir zamanı sualların verilməsi və ətraflı cavablandırılması təmin edilmiş, mövzu ətrafında açıq dialoqlar aparılmışdır.
Tədbir zamanı əyani vəsaitlər, fərdi mühafizə vasitələri, onlardan istifadə qaydaları, həmçinin fövqəladə (yanğın, zəlzələ və sair) halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı video-çarxlar nümayiş olunmuşdur.