Şriftin ölçüsü :

Saytın rəngi :

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar silsilə tədbirlər keçirildi

31 may 2024 | 16:50
        31 May 2024-cü il tarixdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar silsilə tədbirlər keçirildi. RİH başçısı Aparatının məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin pedaqoji və şagird kollektivlərinin, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlər yüksək əhval-ruhiyyədə baş tutdu.
       Tədbirlərin rəsmi hissəsində uşaqlara təbriklərini çatdıran məsul əməkdaşlar, uşaqların cəmiyyətimizin ən həssas üzvləri olduğunu və onların müdafiəsinin, sağlamlığının, təhsilinin və ümumi rifahının hər bir cəmiyyətin inkişafının təməli olduğunu qeyd etdilər. Əlavə olaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uşaqların müdafiəsi və hüquqlarının qorunması sahəsindəki əvəzolunmaz fəaliyyəti xatırlanaraq qeyd edildi ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə uşaqların hüquqlarını qorumaq üçün mühüm qanunlar qəbul edilmiş, təhsil və səhiyyə sistemləri yenidən qurulmuş, uşaqların sosial müdafiəsi gücləndirilmişdir. Uşaqların sağlam böyüməsi üçün idman və mədəniyyət obyektləri tikilmiş, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün müxtəlif proqramlar həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin uşaqlara olan sevgisi və qayğısı onun həyatının və fəaliyyətinin ayrılmaz hissəsi olmuşdur. Onun "Uşaqlar bizim gələcəyimizdir" şüarı, Azərbaycan dövlətinin uşaqlara olan münasibətinin ən gözəl ifadəsidir. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də bu sahədə - uşaqların hüquqlarının qorunması, təhsil, sağlamlıq və sosial rifahının yüksəldilməsi - bir sıra tədbirlər həyata keçirmişdir. Uşaqların hüquqlarının qorunması məqsədi ilə qanunvericilikdə dəyişikliklər edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün xüsusi proqramlar və strategiyalar qəbul olunmuşdur. 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilmişdir. Bu qərar İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə rəsmiləşdirilmişdir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da uşaqların hüquqlarının qorunması və onların rifahının yüksəldilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə müxtəlif sosial və mədəni layihələr, o cümlədən uşaqlar üçün xeyriyyə tədbirləri, idman yarışları, yaradıcılıq festivalları və s. təşkil olunur.
        Tədbirlər şagirdlərin ifasında şeirlərin dinlənilməsi, rəqs nömrələrinin nümayişi, mahnılar səsləndirilməsi ilə davam etdirilmiş, sonda xatirə şəkilləri çəkdirilmişdir.
Keçidlər