Pirallahı qəsəbəsində tikinti-abadlıq işləri davam edir
03 sentyabr 2013 | 10:00
Pirallahı rayonunda davam edən tikinti-abadlıq işlərinin başlıca məqsədi əhalinin yaşayış səviyyəsinin və rifah halının yüksəldilməsindən ibarətdir. Görülən işlərin əsas istiqamətlərindən biri də növbəti payız-qış mövsümünədək mənzillərin istiliklə təmin edilməsidir. 40-cı məhəllədəki qazanxananın əsaslı təmir işləri artıq başa çatmışdır və qazanxana istismara hazır vəziyyətə gətirilmişdir.
Pirallahı qəsəbəsində “Azəristilik” MMC tərəfindən S.Bağırov küçəsində aparılan qazanxana tikintisi davam edir. Artıq beton tökülməsi üçün taxta qəliblər hazırlanaraq beton tökülməsi işlərinə başlanılmışdır və həmin sahədə işlər qrafik üzrə davam etdirilir. 28-ci məhəllədəki yeni qazanxananın inşası da sürətlə gedir, magistral xətlər çəkilir, qaynaq, qazıntı, izolə işləri görülür.
Yenidən qurulan “Uşaq park”ında istirahət üçün qurulmuş müasir kölgəliklər, uşaq əyləncə attraksionları, insanların istirahəti məqsədilə qoyulan skamyalar göz oxşayır və burada hər kəs öz zövqünə uyğun istirahət edə bilir. Parkda aparılan tikinti-quraşdırma işləri ərazidən keçən qəsəbə sakinlərinin də diqqətini cəlb edir. Vətəndaşların bir çoxu burada görülən işlərlə yaxından maraqlanır, parkda gəzişir, buradakı yenilikləri öz gözləri ilə görmək istəyirlər. Çox keçməyəcək ki, bu park sakinlərin əsl istirahət məskəninə çevriləcəkdir.
Bundan əlavə qəsəbə ərazisində köhnə işıq dirəkləri yeniləri ilə əvəz olunur. Yeni işıqlandırma avadanlıqları köhnələrindən həm dizayn, həm də keyfiyyət baxımından xeyli fərqlənir. Təzə dirəklər korroziyaya və antropogen təsirlərə davamlıdır. Sözügedən işıqlandırma avadanlıqlarının hazırlanmasında tuncdan istifadə olunması dirəklərin uzunömürlülüyünü daha da artırır.