Rayonumuzda yanğınsöndürənlərin peşə bayramı qeyd edildi
11 oktyabr 2018 | 11:00
Yanğınsöndürənlər Azərbaycanda Yanğınsöndürmə xidmətinin yaranmasının 100-lik yubileyini qeyd edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci il 5 oktyabr tarixli Sərəncamına müvafiq olaraq hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycanda yanğın təhlükəsizliyi xidmətinin yaranması XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı olmuşdur. 1884-cü il yanvarın 11-də Bakı şəhər Duması yanğın komandasının yaradılması haqqında qərar qəbul etmişdir. Azərbaycan Demokratik Respublikasının elan olunmasından sonra 1918-ci il 10 oktyabr tarixli qərarla Bakı Şəhər İdarəsi təsərrüfat şöbəsinin tabeçiliyinə keçən şəhərin yeganə yanğın komandasının dövlət sistemindəki rəsmi yeri ilk dəfə müəyyən edilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra yanğın təhlükəsizliyi xidməti sürətlə inkişaf etmiş, Nazirlər Kabinetinin 1996–cı il 29 may tarixli qərarı ilə Bakı Yanğın Texniki Məktəbi təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə keçən Yanğından Mühafizə Xidmətinin əsasında Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri təşkil edilmiş və onların müasir texnika ilə təchizatı, təminatı, eləcə də yeni yanğın depolarının inşası prosesi geniş vüsət almışdır. Yanğınsöndürənlərin peşəkarlığını və təhsillərini artırmaları üçün onlar Fransa, Türkiyə, Rusiya və Ukraynaya göndərilirlər. Prezident İlham Əliyevin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə Bakı Yanğın Texniki Məktəbinin bazasında Fövqəladə Hallar Nazirliyi Akademiyası yaradılmışdır.
Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan maddə, material, mal və məhsulların sertifikat sınaqlarının keçirilməsi, habelə elmi-texniki yeniliklərin tətbiqi, yanğınların tədqiq və başvermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə Dövlət Yanğından Mühafizə Xidmətinin tabeçiliyində Yanğınların Tədqiqati və Sınaq Laboratoriyası yaradılmışdır. Hazırda laboratoriyanın fəaliyyət çərçivəsinin genişləndirilməsi, yeni avadanlıqlarla təchizatı və müvafiq təminatı sahəsində aparılan işlər sürətləndirilmiş, Rusiya, Belarus və dünyanın digər nüfuzlu müvafiq sınaq mərkəzləri ilə işçi əlaqələri yaradılmışdır.
Oktyabrın 10-da Pirallahı rayonunda “Yanğınsöndürənlərin peşə bayramı günü” münasibətilə tədbir keçirildi. Toplantıda Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbirdə qeyd edildi ki, son illərdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inkişaf etməyə başlayıb. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəmləndirilib, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilib. Sonda mövzuda dair videoçarx nümayiş olundu.