Pirallahı rayonunda 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
18 oktyabr 2018 | 11:00
Oktyabrın 17-də Pirallahı rayonunda RİH-nin başçısının 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirildi. Toplantıda RİH başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, rayon fəalları iştirak etdilər.
Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq oktyabrın 9-da Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyini nəzərə çatdırdı. Natiq ölkə başçısının yürütdüyü məqsədyönlü, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq Pirallahı rayonunda 9 ay ərzində həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə yeni uğurlu nəticələrə imza atıldığını diqqətə çatdırdı. Son beş ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verdi.
RİH-nin başçısı çıxışı zamanı qeyd etdi ki, Pirallahı qəsəbəsi S.Vurğun küçəsində qəzalı evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan ikisi 6, biri isə 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının tikintisi davam etdirilir. Növbəti mərhələdə inşa olunacaq 6 ədəd yaşayış binasının bünövrə çalalarının qazılması işləri tamamlanmışdır. İnşa olunan binalar biri 6, dördü 7, biri isə 9 mərtəbəli olmaqla ümumilikdə 9 girişli və 141 mənzildən ibarətdir. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında son tamamlanma işləri aparılır, həmçinin Heydər Əliyev Mərkəzində, Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni binada tikinti işləri davam etdirilir. Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Heydər Əliyev mərkəzi park kompleksində işlər davam etdirilmişdir. Pirallahı qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 235 nömrəli orta məktəbdə təmir işlər tamamlanmışdır. K.Rzayev küçəsində yerləşən 2, 8, 10 və 20 nömrəli 5 mərtəbəli və S.Murtuzəliyev küçəsində 8 və 14 nömrəli iki mərtəbəli yaşayış binalarında blokların daxilinin təmiri işləri aparılmışdır. 29-cu məhəllədə əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün “Ət kəsimi” məntəqəsinin tikinti-quraşdırma işləri tamamlanmış, məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə 3 ədəd 9 mərtəbəli yaşayış binasının, 220 şagird-yerlik məktəb binasının və müvafiq texniki infrastrukturun tikintisinə başlanılmışdır.
Həmçinin söz açan natiq bildirdi ki, rayonumuzda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Şpris istehsalı zavodu yaxın vaxtlarda istifadəyə veriləcək. “Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı tipli fermaların dam örtüyünün quraşdırılması və hovuzların dəmir-beton konstruksiya işləri tamamlanmışdır. Kompleksin ümumi sahəsi 2,86 ha, fermanın tikinti sahəsi 6560 kvadrat metr, illik istehsal gücü 75 ton rus nərəsi, 25 ton çökənin əti və 4 ton kürü nəzərdə tutulmuşdur. Bundan əlavə sahil boyu və körpü ətrafında dəniz akvatoriyasının təmizlənməsi və genişləndirilməsi işləri aparılmışdır.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov diqqətə çatdırdı ki, hesabat dövrü 2500-ə qədər zeytun ağacı əkilmiş, yaşıllıqların nəzarətdə saxlanılması, torpaq sahələrinin şumlanması işləri aparılmışdır. Bundan əlavə 28-ci məhəllədə yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisinin abadlaşdırılması ilə əlaqədar 1350 kvadrat metr qazon örtüyü əkilmiş, yaşıllıqların nəzarətdə saxlanılması, suvarılması, torpaq sahələrinin şumlanması işləri aparılmışdır.
Çıxışın sonunda V.İmanov əminliklə vurğuladı ki, 9 ay ərzində rayonda həyata keçirilən işlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuş 2018-ci ilin qalan dövrü də Pirallahı rayonunda uğurla başa vurulacaqdır.
Hesabat ətrafında çıxış edən “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov, Pirallahı rayon İcra və Probasiya şöbəsinin rəisi Abbas Nəsibov əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2018-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təltif olunmuş RİH başçısı Aparatının şöbə müdiri, YAP Pirallahı rayon təşkilatını sədri Şikarov Hikmət Məzi oğluna “Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim olundu.