Bayrağımız qürur mənbəyimizdir
08 noyabr 2018 | 11:00
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Pirallahı rayonunun təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirildi.
Rayonun bütün ümumtəhsil müəssisələrində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Məktəb direktorları tədbiri açaraq çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəblərin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, Azərbaycan bayrağını daim yüksəklərə qaldıra biləcək gənclər yetişdirəcəklərinə söz verdilər.
Bayram tədbirlərinə qatılmış Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini pedaqoji kollektivlərin üzvlərinə və şagirdlərə çatdırdılar. Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmiş, iqtisadi və siyasi qüdrəti sürətlə artmaqdadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Respublikanın hər bir bölgəsi inkişaf edir və çiçəklənir. Eyni zamanda çıxışlarda qeyd edildi ki, Pirallahı rayonunda da böyük quruculuq və abadlıq işləri aparılır, təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir.
Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi təsis olunub və hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Dövlətin bayrağı ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir.
Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, öz bayram sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər.